SON DƏQİQƏ

Bunları bilmək maraqlıdır...

Tarix:

25-05-2020, 08:00

/ 3 640 dəfə oxundu.
Bunları bilmək maraqlıdır...


1. Bilirsinizmi? Azərbaycanın ilk Xalq Yazıçısı fəxri adını almış Aleksandr Şirvanzadə milliyətcə erməni olub. Əsl adı və soyadı isə Aleksandr Minasoviç Movsisyan olub.
2. ABŞ-ın X37B pilotsuz kosmik gəmisi artıq 780 gündən çoxdur ki, kosmosda qalmaq rekordu vurub. Kosmik gəminin uzunmüddətli kosmosda qalması və hansı məqsədlərə xidmət etməsi indiyə qədər dünyadan gizlədilir.
3. 2016-cı ildə Zimbabvenin prezidenti 92 yaşlı diktator, Robert Muqabe "RİO-2016" Olimpiya oyunlarında iştirak edən Zimbabve idmançılarının bircə medal da qazana bilməməsinə hiddətlənərək bütün məşqçiləri və idmançıları həbs etdirib.
4. Alimlərin araşdırmalarına görə təbiətcə utancaq olan insanlar həyatda ən çox güvənilən insanlar hesab edilir.
5. Gözlə gördüyümüz Günəşin rəngi əslində ağ-appaqdır. Atmosferik filtrlər rəngi dəyişərək Günəşin sarı və ya qırmızı görünməsinə səbəb olur.
6. Boliviya prezidenti Evo Moralis deyir ki, "Dünyada yeganə dövlət ABŞ-dır ki, orada dövlət çevrilişi ola bilməz. Çünki orada ABŞ səfirliyi yoxdur."
7. Udilər (udinlər) IV əsrin əvvəllərindən xristianlığı qəbul etmiş və bu günümüzə qədər də dini etiqadlarını qoruyub saxlayırlar.
8. Dünya şöhrətli peşəkar boksçu, dünya çempionu Mayk Tayson həbsxanada olarkən "Qurani-Kərim"i oxuduqdan sonra İslamı qəbul etmişdir.
9. İspaniya kraliçası Juanna özündən xeyli əvvəl ölən ərini o qədər çox sevirmiş ki, tez-tez onun qəbrini açdırıb ərinin sümüklərini öpər, qoxlayarmış. Bu hal kraliça vəfat edənə qədər davam edib.
10. Honq-Konqda arvadına xəyanət etmiş kişini hətta öldürmək hüququ mövcuddur. Heç bir alətdən istifadə etmədən arvad xəyanat etmiş ərini yalnız yalın əllə öldürə bilər.
скачать dle 12.1

Şərhlər