SON DƏQİQƏ

Kokosun faydaları

Tarix:

16-04-2020, 21:14

/ 2 322 dəfə oxundu.
Kokosun faydaları

GunAz.az xəbər verir ki, kokos yağının faydaları hədsiz çoxdur.Bir neçə faydalı məlumatı sizinlə bölüşmək istəyirik.
Maska kimiPilinq kimi
Nəmləndirici kimi
Saç baxımı kimi
Kokos yağının dəriyə bir çox xeyirləri mövcuddur
Dərinin elastikliyini artırır, tonuslaşdırır;
dəridə istifadədən sonra parıltı əmələ gətirmir; sızanaqların əmələ gəlməsinin az da olsa qarşısını alır;
piqment ləkələrinin azalmasında kömək olur;
Saçlarda isə Saçları parlaq edir; yağlılıq hissi buraxmır; uzanmasına köməklik edir.
İlk olaraq bu maska barədə məlumat verim Tərkibi: Bal Limon Kokos yağı 2 ç/q bal, yarım ç/q limon suyu və 1 y/q kokos yağı. Qarışdırırıq və nazik təbəqə şəklində üz dərimizə tətbiq edirik. 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyuruq.
Bu maska dərinizin yumuşalmasına və nəmlənməsinə səbəb olacaq. Üzdə olan ləkələr üçün isə 1 ç/q kokos yağı ilə 1 y/q mayanı yaxşıca qarışdırıb təmiz dəriyə tətbiq edin ( bütün maskalae duşdan sonra olsa əla olar). 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin. Həftədə 1 dəfə edilməsi məsləhət görülür. Ən rahat üsul ilə ev şəraitində pilinq etmək istəsiniz 1 y/q kokos yağı ilə 1 ç/q şəkəri(qara olması tövsiyyə olunandır) qarışdırıb üzünüzə tətbiq edin. Masaj hərəkətləri sərt olmadan üzünüzü pilinq edin. 5 dəq sonra isə üzünüzü durulayın Mən kokos yağını aldıqda tam təbii şəkildə soyuq sıxım yolu ilə hazırlanmasına fikir verirəm. Çünki qatqısız olan kokos yağı tapmaq çox çətindir Bir çox yerdə bunu kimyəvi yolla edirlər nəticədə trans yağlar olur. Bu isə sağlamlıq üçün təhlükəlidir. Qeyd: Çox həssas və akneli(səpkiləri üzdə olan) dərilərin kokos yağından və maskalarından istifadə etməsi tövsiyyə olunmur.Bu sizin dərinizi daha da korlaya bilər.
N.SAFURA
скачать dle 12.1

Şərhlər