SON DƏQİQƏ

Cinlər insanlarla ƏLAQƏ QURURLAR-MARAQLI

Tarix:

22-02-2020, 09:12

/ 4 984 dəfə oxundu.
Cinlər insanlarla ƏLAQƏ QURURLAR-MARAQLI

Əgər Qurana nəzər salsaq, görərik ki, cinlərin insanların aləminə giriş qapıları vardır və onlar bəzi zamanlarda insanların aləminə daxil olub, onlarla rabitə qura bilirlər.
Belə ki, oxuyuruq: "Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: "Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!"". ("Nəml" 39).
Bəli, bu dünya aləmində biz insanlardan başqa məxluqlar da yaşayır. Onların da yaxşısı və pisi, mömini və kafiri vardır.
Hədislərə nəzər salan zaman görürük ki, hətta cinlərin möminləri İslam dinini qəbul etmiş və sual vermək üçün Peyğəmbərə (s) və İmamlara (ə) görünmüşdülər.
İslami maarif və Qurandan belə nəticəyə gəlmək olur ki, cinlərin insan həyatına daxil olması iki cür olur:
1. İnsan onun daxil olması üçün zəminə yaradar.
2. Onun daxil olmasında insanın rolu olmaz.
Misal üçün, Bilqeysin taxtını gətirmək mövzusunda cinlərdən olan ifrit deyir ki, sən yerindən qalxmamış mən onu sənin üçün gətirərəm. Bu ayə onu bildirir ki, cinlər insan həyatına daxil olmağa qadirdilər.
Bəzi insanlar vardır ki, cinlərin qabiliyyətlərindən istifadə etmək üçün onlarla rabitə qururlar. Bu zaman cinlərin onun həyatına daxil olması üçün zəminələr hazırlayarlar. Elə bilərlər ki, onlar cinlərə hakim olmağı bacarıblar. Halbuki, həqiqət belədir ki, özləri cinlərin qulu və əsiri olurlar. Ancaq bundan agah deyildirlər. (Beytutə)
Beləliklə deyə bilərik ki, cinlərin insan həyatına daxil olması mümkün olan şeydir və bunu Quran belə, təsdiq edir.
Təbii ki, mömin insan üçün bu rabitədə bir müşkül yoxdur və cin və ya digəri ona heç bir xətər yetirə bilməzlər. Cahil insanların cinlərdən qorxmasının heç bir elmi əsası yoxdur və o cümlədən, cinləri qovmaq kimi bir mövzu da mövcud deyil. Kifayətdir ki, hər hansı narahatlıq meydana gələrsə, insan "Ayətül-kürsü"nü 5 dəfə oxusun ki, bütün bu narahatlıqlar aradan getsin.
Eləcə də, "Nas", "Fələq" kimi surələri oxumaq da bu mövzuda mütməinlik gətirir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ