SON DƏQİQƏ
» » Yanaqların təbii şəkildə çəhrayı olması üçün nə etməli ÖZƏL

Yanaqların təbii şəkildə çəhrayı olması üçün nə etməli ÖZƏL

Tarix:

14-12-2019, 09:30

/ 1 901 dəfə oxundu.
Yanaqların təbii şəkildə çəhrayı olması üçün nə etməli ÖZƏL

Yanaqların təbii şəkildə çəhrayı olması üçün nə etməli?
Gözəl görünməyi hansı qadın istəməz ki? Gözəl üzə sahib olmaq üçün ən əhəmiyyətli detallardan biri də gözəl yanaqlara sahib olmaqdır.

qidalanma
menyunuzda C və E vitamini ehtiva edən sitrus və yaşıl yarpaqlı tərəvəzlər kimi qidalara daha çox yer verin. Süd də dəri sağlamlığı üçün olduqca təsirli bir qidadır. Zamanla dərinizin rənginin dəyişdiyini görəcəksiniz.

Maska istifadəsi
Gözəl, sağlam, dəriyə sahib olmanın digər bir yolu da dəriyə maska etməkdən keçir.

Yarım bananı püre halına gətirib dərinizə cəkin və 20 dəqiqə sonra üzünüzü yuyun.
Xiyar maskası da dəriyə çox yaxşı təsir edən, göz altı torbalarını aradan qaldıran bir maskadır.

Su için
Çəhrayı yanaqlara qovuşmağın təbii üsullarından biri də bol su içməkdir. Su, dərinizi içindən nəmləndirərək, gümrah, sağlam bir dəriyə sahib olmanızı təmin edər. Su ziyanlı hüceyrələri bərpa edir.


Peeling
Daimi peeling istifadəsinin də dəriyə çox müsbət təsiri var. Peeling dərini ölü hüceyrələrdən və toksinlərdən təmizləyib, təmiz dəriyə sahib olmanız üçün çalışır. Bunun üçün mağazalarda satılan peeling maska və ya evdə qarğıdalı unu ilə qatığı qarışdırıb özünüzə maska hazırlaya bilərsiniz.
GunAz.az
N.SAFURA
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ