SON DƏQİQƏ
» » Pul kisəsi haqqında bilmədikləriniz? - Varlanmağın yolları

Pul kisəsi haqqında bilmədikləriniz? - Varlanmağın yolları

Tarix:

13-12-2019, 08:20

/ 3 778 dəfə oxundu.
Pul kisəsi haqqında bilmədikləriniz? - Varlanmağın yolları

Qənaətcil olmanıza, büdcənizə ciddi ciddi nəzarət etmənizə baxmayaraq, pullarınız yenə də pul kisəsindən boş yerlərə xərclənib gedirsə, deməli, nə isə düz deyil. Ola bilsin ki, siz sadəcə, öz əmanətlərinizi düzgün saxlamırsınız.

Bu yazıda varlanmaq istəyən oxuculara doğru pul kisəsini seçməyə kömək edəcəyik.
Pul kisəsi necə olmalıdır?
Pul kisəsi özünə çoxlu pullar cəlb etmək üçün o, ilk növbədə keyfiyyətli olmalıdır. Ucuz pul kisəsi heç vaxt özünə pul çəkə bilməz, çünki o, özündə yoxsulluq enerjisini daşıyır. Əgər pul kisəniz, ucuzdursa, o halda gəlirin artırılması haqqında unudun. Boşuna ümidlənməyin, ucuz pul kisəsi sizə heç bir fayda verməyəcək.
Əgər bahalı pul kisəsi almağa pulunuz yoxdursa, onda orta qiymətlisini alın. Ən əsası o, keyfiyyətli görünməli, zənginlik haqqında təəssürat yaratmalı və kifayət qədər funksional olmalıdır. Pul kisəsi "əmtəə" görünüşünü itirən kimi ondan xilas olmaq lazımdır. Məsələ ondadır ki, cırıq, sökük, hətta dəliklər instinktiv olaraq sizi yoxsulluğa proqramlaşdırır. Köhnə pul kisəsi ilə nə etməli? Ən yaxşısı ondan dərhal yaxa qurtarın və təcili yenisini alın.
Onu da unutmaq olmaz ki, pullar geniş pul kisəsində daha yaxşı "yaşayır". İstənilən, hətta ən böyük əskinasları pul kisəsinə qatlamadan qoymaq lazımdır. Əgər ən böyük əskinasların yerləşə biləcəyi pul kisəniz olmasa, deməli, onlar sizdə heç vaxt peyda olmayacaq. Pul kisəsinin xırda pullar üçün nəzərdə tutulan rahat cibi də mütləq olmalıdır.
Varlanmaq naminə pul kisəsini müəyyən rənglərdə seçmək məsləhətdir. O, təbii dəridən və qırmızı rəngdə olmalıdır. Fen-şuyə əsasən isə qəhvəyi, qara, sarı, qızılı və gümüşü pul kisələri sahibinə zənginlik bəşx edir. Göy, mavi, yaşıl rəngli pul kisələrindən isə qorxmağa dəyər, çünki belə bir pul kisəsindən pullar sözün əsl mənasında axıb gedəcək.
Pul kisəsinin içi necə olmalıdır?
Ənənəvi olaraq, pul cəlb etmək üçün uğur gətirən pul talismanını pul kisəsinin bir küncünə qoymaq və onu heç vaxt xərcləməmək məsləhət görülür.
Müxtəlif ölkələrdə hesab edirlər ki, pul kisəsinin gizlin gözündə üzüm salxımı, nanə və ya yaşıl çay yarpağı saxlamaq pul kisəsinə pul cəlb etmək qabiliyyətinə malikdir.
Rus inanclarına görə, pul kisəsinə kiçik bir parça qurudulmuş qıtığotu qoymaq uğur gətirir. Deyilənlərə görə, bu ritual böyük pulları maqnit kimi özünə cəlb edəcək. Özü də bu otu pul kisəsinin adətən istifadə etmədiyiniz cibinə qoymaq daha yaxşıdır.
Həmçinin, xırda pullar üçün nəzərdə tutulan cibdə daim 5 qəpik saxlamağı unutmayın.
Yadda saxlayın ki, pul kisəsində artıq heç nə olmalı deyil. Doğmaların fotoları və keçmişi xatrıladan müxtəlif əşyaların yeri pul kəsi deyil. Bununla yanaşı, köhnə çeki və müxtəlif kağız-kuğuzdan da yaxa qurtarmaq lazımdır. Çünki pul ancaq pulların əhatəsində olmalıdır ki, onların artmasına başqa heç nə mane ola bilməsin.
Pul kisəsinin pul cəlb etməsi üçün onunla necə rəftar etməli?
Böyük pulların üzü sizin tərəfə olmalıdır. Portmanata pulları azalan ardıcıllıqla qoyun. İlk növbədə yuxarı məbləğlər göz önündə olmalıdır. Bu qaydalar sizin həm pula olan ehtiramınızı göstərir, həm də siz daha onları tez-tez saymayacaqsınız. Eləcə də qayda-qanun sizi sözün həqiqi və məcazi mənada öz maliyyə vəziyyətinizə nəzarət etməyə imkan verəcək.
Pul kisəsini heç bir halda tamamilə boş saxlamayın. Onun içində həmişə toxunulmaz ehtiyat, heç olmasa, bir neçə əskinas və qəpik olmalıdır.
Əyri yolla qazanılan və ya yerdən tapılan pul xoşbəxtlik gətirmir, ona görə də onları pul kisəsində saxlamaq məsləhət deyil. Yaxşısı budur, o pulla qohumlarınıza və yaxın adamlara hədiyyələr alın, ehtiyacı olanlara verin və yaxud da hansısa işə yatırım edin. Amma halal qazanılmış pulları sevmək və onlara xüsusi qayğı ilə yanaşmaq lazımdır.
Pulla bağlı sənədləri (hesabları, çeklər) qırmızı qapalı zərfdə və ya qırmızı rəngli qovluqda saxlamaq lazımdır. Bu halda sizdə hesabların ödənilməsi və kreditin ödənilməsi ilə bağlı heç bir problem olmayacaq.
Əlbəttə, bütün bu üsullar sizə nənənin nağılları kimi fantastik görünə bilər. Əgər inanmırsınızsa, bu qaydalara əyləncəli oyun kimi yanaşın.(Publika.az)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ