SON DƏQİQƏ
» » “Facebook”da bunu etsəniz pul qazana bilərsiniz - YENİLİK

“Facebook”da bunu etsəniz pul qazana bilərsiniz - YENİLİK

Tarix:

26-11-2019, 21:48

/ 3 407 dəfə oxundu.
“Facebook”da bunu etsəniz pul qazana bilərsiniz - YENİLİK

"Facebook" sosial şəbəkəsi araşdırma və sorğularda işatirak edən, eləcə də tapşırıqları yerinə yetirəcək istifadəçilərə pul ödəyəcək Viewpoints tətbiqetməsini təqdim edib. 

GunAz.az xəbər verir ki, Amerika şirkəti bununla da "Facebook"un və onun köməkçi xidmətləri olan İnstaqram, Votsap, Portal və Okulusun yaxşılaşdırılması üçün qarşılıqlı əlaqə yaratmaq istəyir.

Hələ ki, bu təklif yalnız ABŞ-da 18 yaşdan yuxarı olanlar üçün aktivdir. Sorğudan keçmək üçün iştirakçı Feysbuk hesabına sahib olmalı və özüylə bağlı məlumatları: adı, doğum tarixi, cinsi, ölkə və elektron poçt ünvanını anketə doldurmalıdır. Hər araşdırmada iştiraka görə xallar veriləcək, lazım olan məbləği toplayandan sonra isə ödəniş PayPal hesabınıza keçiriləcək. 

Sosial şəbəkənin nümayəndələri qeyd edib ki, onlar istifadəçinin məlumatlarını üçüncü tərəfə satmağı planlaşdırmır.

Xidmətin 2020-ci ildə digər ölkələr üçün də əlçatan olması planlaşdırılır. /qaynarinfo

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ