SON DƏQİQƏ

Qadın kremasiya edilərkən “dirildi”

Tarix:

26-10-2019, 08:49

/ 1 524 dəfə oxundu.
Qadın kremasiya edilərkən “dirildi”

Tailandda qadın kremasiyasından bir neçə dəqiqə qabaq dirilib.

Bu barədə “The Sun” yazır.

Həkimlər qalxanabənzər vəzinin şişindən əziyyət çəkən Finij Sopajornun (Phinij Sopajorn) oktyabrın 20-də öldüyünü bildirmişdilər. Bundan sonra isə onun ailəsi dəfn mərasiminə hazırlaşmağa başlayıb. Üç gün ərzində 70 yaşlı qadın yerli buddist məbədində aşağı temperaturda tabutda saxlanılıb.

Kremasiyadan əvvəl, həyat yoldaşının ənənəyə əsasən cəsədini yuyarkən bəzi məqamlar əri Tavin Sopajornun diqqətini çəkib. Belə ki, əri Finijin cəsədinin bərkimədiyinə fikir verib, eləcə də Tavin həyat yoldaşının ağır nəfəs aldığını və göz qapaqlarının titrədiyini hiss edib.

Qadın dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ