SON DƏQİQƏ
» » Bir avtomobil üçün parklama yeri 950 min dollara satılıb - YENİ DÜNYA REKORDU

Bir avtomobil üçün parklama yeri 950 min dollara satılıb - YENİ DÜNYA REKORDU

Tarix:

24-10-2019, 19:48

/ 680 dəfə oxundu.
Bir avtomobil üçün parklama yeri 950 min dollara satılıb - YENİ DÜNYA REKORDU

Honkonqun daşınmaz əmlak bazarında yeni dünya rekordu müəyyən edilib.
GunAz.az xəbər verir ki, şəhərin mərkəzində bir avtomobilin parklanması üçün yer 7,6 milyon Honkonq dollarına (970 min dollara) satılıb.
Standart ölçülü həmin yer 73 mərtəbəli "The Center” göydələnindəki yeraltı dayanacaqdadır. Onu bu binada ofisləri olan səhmdar satın alıb. Səhmdarın adı açıqlanmır.
Həmin göydələn iki il əvvəl də daşınmaz əmlak bazarında dünya rekordu müəyyən etmişdi. Bina developerlər konsorsiumuna 5,15 milyard dollara satılmışdı.
"The Center” göydələni 1998-ci ildə möhkəm polad konstruksiyalarla tikilib. Parlaq neon işıqlanma ilə bəzədilən müasir göydələn şəhərdə hündürlüyünə görə beşinci binadır. Ofis binasında 40-dan çox sürətli lift və 400 avtomobil tutumu olan dayanacaq fəaliyyət göstərir.
Honkonq dünyanın kommersiya istiqamətli ən bahalı daşınmaz əmlak bazarına malikdir. Yaşayış binalarına, ofislərə, ticarət və avtomobillərin parklama yerlərinə qoyulan astronomik qiymətlər yüksək tələbat və yer azlığı ilə izah olunur.
N.SAFURA
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ