SON DƏQİQƏ

Mühərrikli kağız təyyarə hazırlanır

Tarix:

24-10-2019, 14:33

/ 444 dəfə oxundu.
Mühərrikli kağız təyyarə hazırlanır

Kickstarter platformasında elektron avadanlıqlı balaca kağız təyyarənin hazırlanmasına bir milyon dollardan çox vəsait yığılıb.

GunAz.az xarici mediaya istinadən bildirir ki, cihazın özəlliyi onun smartfon vasitəsilə idarə edilməsindən ibarətdir. O,  Power 4.0 adlanır. "Power"də mühərrikin gücü iki dəfə çoxdur. O, iki hava pəri və ötürücü ilə təchiz olunub.

Mühərriki Bluetooth texnologiyalarının köməyi ilə smartfon vasitəsilə idarə olunur. Cihazın sahibi uçuşun sürətini və hərəkət istiqamətini tənzimləyə bilər. Power 4.0-ün maksimal sürəti 40 km/s-dır.

Batareyası 25 dəqiqəyə tam dolur və enerjisi 10 dəqiqə kifayət edir.

Qeyd edək ki, cihazın qiyməti isə 49 dollardır. İlk nümunələr gələn ilin aprelində alıcılara təqdim olunacaq.

 

скачать dle 12.1

Şərhlər