SON DƏQİQƏ
» » Avokado çəyirdəyi ilə bu problemlərdən azad olun

Avokado çəyirdəyi ilə bu problemlərdən azad olun

Tarix:

17-10-2019, 17:50

/ 1 568 dəfə oxundu.
Avokado çəyirdəyi ilə bu problemlərdən azad olun

Bəzi insanlar avokado yeməyi sevmir və ya yesə də çəyirdəyini zibil qutusuna atırlar. Ancaq aparılan araşdırmalara görə, avokado çəyirdəyinin dəriyə sonsuz faydaları mövcuddur.

Bəs çəyirdəyini dəri üçün necə istifadə edə bilərik?
Üzdə yaranan sızanaqlar zamanı effektlidir – İlıq su və rəndədən keçirilmiş avokado çəyirdəklərini yaxşı qarışdırın və içərisinə bir neçə damla çay ağacı yağ əlavə edin. Sızanaqların üzərinə çəkin və 5-6 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yuyun.


Pilinq effekti yaradır – çəyirdəyini öncədən isidilmiş sobada bir saat ərzində bişirin. Daha sonra rəndədən keçirin. Rəndədən keçirilmiş çəyirdəyin üzərinə üyüdülmüş qəhvə və dəniz duzu əlavə edin. Bu qarışımı dərinizə yumşaq hərəkətlərlə tətbiq edin.

Saça qulluq – Parlaq saçlara sahib olmaq və kəpəklərdən qurtulmaq üçün avokado çəyirdəyini rəndədən keçirin və çiy halı ilə istifadə edin. Hind yağı ilə qarışdırıb bir gün gözlədin. Daha sonra qarışımı saç dərinizə çəkin. Saçınızı streçlə bağlayın, gözlətdikdən sonra isə yaxşıca durulayın.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ