SON DƏQİQƏ
» » Meyitlər, ölü döllər, ana bətni - Bakıdakı ən dəhşətli muzeydə bir gün

Meyitlər, ölü döllər, ana bətni - Bakıdakı ən dəhşətli muzeydə bir gün

Tarix:

8-10-2019, 08:12

/ 1 521 dəfə oxundu.
Meyitlər, ölü döllər, ana bətni - Bakıdakı ən dəhşətli muzeydə bir gün

Tələbələr isə dərs müddətində meyitləri yara, onların daxili orqanlarına baxa, sonradan isə tikə bilirlər. Artıq meyit dərs prosesi üçün yararsız olduqda isə o kremasiya otağında yandırılır.

 Oranı Azərbaycanın ən qəribə muzeyi adlandırmaq olar. Azərbaycan Tibb Universitetinin "Anatomiya" kafedrasına aid olan "Anatomiya muzeyi"ni insanın yaradılışından ölümünədək olan bir dövr də adlandırmaq mümkündür.

Sputnik Azərbaycan-ın əməkdaşı kafedra müdiri Vaqif Şadlinski ilə hətta bir çox tibb işçiləri üçün məqbul olmayan muzeyin tarixindən, eləcə də muzeyin fəaliyyətindən danışıb.

V.Şadlinskinin sözlərinə görə, burada 6 minədək preparat, yəni meyitlər, skeletlər, ölü döllər, yaxud da, müxtəlif bədən orqanları, hissəciklər saxlanılır. O, öncə meyityarmanın tarixi haqda məlumat verir: "Hələ qədimlərdən din xadimləri ilə elm adamları arasında meyitin yarılması mövzusunda mübahisələr yaranmışdı. Orta əsrlərdə isə Qallen adlı biri heyvanları yararaq onların bədən quruluşunu öyrənməyə başladı. Yelistaveh adlı alim isə o dövrdə gizlin şəkildə qəbiristanlıqdan meyitləri götürərək onları yarır, öyrənməyə çalışırdı. Bu meyitlərin yarılma prosesi isə diqqət çəkməmək üçün fərqli şəkildə təşkil olunurdu. Bir musiqi səsi gəlirdi, amfiteatra bənzər yerlərdə isə bu meyityarma həyata keçirilirdi. Məqsəd fikri yayındırmaq idi, kənardan baxan elə bilirdi ki, orada teatr nümayiş olunur. Ortada isə tələbələr meyitləri yarır, təcrübələri öyrənirdilər".



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ