SON DƏQİQƏ
» » Vladimir Putinin otağının eksklüziv görünüşü-TANIŞ OLUN

Vladimir Putinin otağının eksklüziv görünüşü-TANIŞ OLUN

Tarix:

7-10-2019, 15:21

/ 1 328 dəfə oxundu.
Vladimir Putinin otağının eksklüziv görünüşü-TANIŞ OLUN

Bildiyimiz kimi, bu gün Rusiya Prezidenti Vladimir Putinin ad günüdür. Dünya siyasətində xüsusi payı olan liderin bu gün 67 yaşı tamam olur.

 GunAz.az Rusiya mətbuatına istinadən ölkə başçısının Kremldəki otağının quruluşuna həsr olunmuş panoramlı şəkli diqqətinizə çatdırır.

Şəkildə verilmiş nöqtələrin üzərinə basdıqda həmin elementin xüsusiyyəti ekranda yazılır. Şəkli mausun (mışkanın, siçanın) köməyilə kiçildib-böyütmək, sağa-sola çevirmək, hətta tavana qaldırıb çıl-çırağa baxmaq da mümkündür. Qiqapiksel texnologiyası şəkildəki hər bir detalı xırdalıqlarına qədər görməyə imkan verir – xalçanın üzərindəki naxışdan tutmuş dəftərin üzərindəki gerb şəklinə kimi. Ölkənin 1-ci kabinetini bu cür yalnız Putin görüb.

Qeyd edək ki, Putinin işçi kabineti televiziya tamaşaçılarına xəbərlər buraxılışından tanışdır. Nəfis mebel, böyük stol, həmişə pərdə ilə örtülmüş pəncərələr, çox düyməli kommutator və onun arxasında prezidentin ştandartı. Şərait ciddi olsa da, rahatdır: 1 nömrəli kabinetin ziyarətçilərin prezidentə gətirdikləri hədiyyələr, stolun küncündəki ikona, qapının yanında isə canlı güllər.

 

Prezidentin otağındakı bəzi əşyaları qeyd edək:

  1. Prezident kabinetinin divarları bahalı qoz ağacına bürünüb. Bu, həm dəbli görünür, həm də səs izolyasiyasına kömək edir.
  2. Prezidentin ştandartı – inauqurasiya zamanl yeni seçilmiş prezidentə təqdim olunur və prezidentin otağına qoyulur. Ştandartın dublikatı rezidensiyanın başına vurulur.
  3. Televizor – tədbir zamanı televizor mütləq söndürülür, adi günlərdə isə həmişə işləyir və xəbər kanalına qoşulub.
  4. Bakterisid şüalandırıcı – həkimlərin də otaqlarında olan bu qurğu havadakı mikroblar və bakeriyaları məhv etmək üçün nəzərdə tutulub.
  5. Kitab şkafı – rəflərdə əsasən ensiklopediya və lüğətlər qoyulub, amma bir neçə tarixi kitab da gözə dəyir.
  6. Pəncərə – pərdələr həmişə bağlıdır, amma pərdəni qaldırsanız, Kremlin həyətindəki Topxana görünəcək.
  7. Zəngli saat – saatlara FMX-nin əməkdaşları qulluq edirlər. Bu saatların bir neçə dəfə geri qalması hamıya məlumdur.
  8. Qəbul otağının qapısı – qəbul otağında prezidentin katibi oturur, otaqdan Kremlin digər otaqlarına keçmək olar: nazirlər də bu otaqlarda prezidentlə görüşü gözləyirlər.
  9. Qapının üstündəki saat – deyilənlərə görə, bu saat Spas (Spasskaya) Qülləsindəki saatla sinxronizə olunub.
  10. ikona – küncdə stol üzərinə qoyulub, Müqəddəs Ana ikonasını yeni il ərəfəsində küknar ağacı əvəz edir.
  11. Heykəlcik və vazalar – xarici ölkələrdən birinin başçısının hədiyyəsidir, qızıl suyu ilə örtülüblər.
  12. Akustik sistem – prezident bir neçə dəfə etiraf edib ki, klassik musiqiyə qulaq asmağı sevir. Yeri gəlmişkən, fortepianoda ifa etməyi də özü öyrənib.
  13. Rütubəti və temperaturu ölçən cihazlar – bu cihazlara istənilən muzey və qalereyada da rast gəlinir.
  14. İkinci kabinetin qapısı – “məxfi kabinet”də prezident sənədlərlə işləyir və xüsusi qonaqları qəbul edir.
  15. Kondisioner – saat kimi bu qurğuya da FMX-nin əməkdaşları qulluq edirlər, məhz onlar zərurət olduqda yandırıb-söndürürlər.
  16. Canlı güllər – kabinetdə iki vazada güllər yetişdirilir, bu güllərə ciddi qulluq göstərilir.
  17. Hədiyyələr – divara yaxın balaca stolun üzərində son hədiyyələr görünür.
  18. Xüsusi kommutator – prezidentin bir neçə telefonu var. Prezident dəstəyi götürməklə baş nazirlər, güc strukturlarının başçıları ilə, qubernatorlarla danışmaq istədiyini bildirir.
  19. ATS-1 – xalq arasında buna “vertuşka” deyirlər. Nazir və qubernatorlarla birbaşa danışmaq imkanı verir.
  20. Kompüter – bir çox sənədləri monitorda nəzərdən keçirir, printerdə çap edir. Monitorda Kremlin gecə təsviri var.
  21. Stolüstü yazı dəsti – malaxitdən hazırlanıb.
  22. Zərrəbin – tarixi sənədlər üçün çox vacibdir.
  23. Karandaşlar – hər birinin üzərində “Kreml” yazılıb. Prezident hətta məzuniyyətə gedəndə də özü ilə götürür.
  24. Birdəfəlik qələmlər – prezident həmişə qara mürəkkəbli birdəfəlik qələmlərdən istifadə edir.
  25. İclas stolu – prezident bir neçə məmuru bu stol arxasında qəbul edir.
скачать dle 12.1

Şərhlər