SON DƏQİQƏ
» » Monika Belluçinin portretini hansı azərbaycanlı rəssam çəkib - Öz xahişi ilə

Monika Belluçinin portretini hansı azərbaycanlı rəssam çəkib - Öz xahişi ilə

Tarix:

25-09-2019, 09:58

/ 904 dəfə oxundu.
Monika Belluçinin portretini hansı azərbaycanlı rəssam çəkib - Öz xahişi ilə

O Roma papasının, Monika Belluçinin şəxsən öz xahişi ilə portretini çəkib.  Hətta "Roma papası" portretində Qarabağ xalçası da var.  Onun "Cıdır düzü" əsəri Kraliça 2-ci Elizabetə hədiyyə edilib. 

Söhbət Azərbaycanın əməkdar artisti, UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, "Leonardo Da Vinçi", "Avropanın şərəfi" ordenin, Rusiyanın "Minilliyin adamı" mükafatının sahibi, beynəlxalq "Vera" mükafatının qalibi Sakit Məmmədovdan gedir. 

Sakit Məmmədovun əsərləri dünyanın ən məşhur muzeylərində sərgilənir. 

"Rəsm əsərlərini qız uşağına bənzədirəm. Çünki qız övladları başqa evə, başqa mədəniyyətə gedir. Bu əsərlər də elədir. Gedir və hansı evə düşəcək, kimin əlində olacaq, kim ona necə baxacaq. Bax, o, maraqlıdır". 

Sakit Məmmədov realizm rəsm məktəbinin banisidir. Əsərləri isə Azərbaycanda ən bahalı satılan rəssamdır. Rəsmlərinin qiyməti nə az, nə çox 30 min dollardan başlayır. Amma 250 min dollara satılan əsəri də var. 

1987-ci ildən bəri dünyanın dörd bir yanında sərgiləri keçirilib. 

Sakit Məmmədov dünyada ev muzeyi olan nadir rəssamlardandır. GunAz.az "Belə Belə İşlər"ə istinadən xəbər verir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ