SON DƏQİQƏ

Kosmosdan gələn sirli siqnallar qeydə alındı

Tarix:

9-09-2019, 22:12

/ 1 345 dəfə oxundu.
Kosmosdan gələn sirli siqnallar qeydə alındı

Dünyada ən böyük sferik radioteleskopla işləyən Çin astronomları tez-tez təkrar olunan sürətli radiodalğaların siqnallarını (Fast Radio Bursts) - qeydə alıblar.

GunAz.az bildirir ki, onlar bu siqnalların Yer kürəsindən 4 milyard işıq ili uzaqlıdan gəldiyini ehtimal edirlər.

Çinin Elmlər Akademiyası yanında astronomiya rəsədxanalarının mütəxəssisləri bildiriblər ki, siqnallar 500 metr aperturası olan dünyanın ən böyük sferik radioteleskopu tərəfindən qəbul edilib, diqqətlə yoxlanılıb və təhlil olunub.

Qeyd olunub ki, 500 metr aperturası olan dünyanın ən böyük sferik radioteleskopu, başqa adı ilə FAST, Çinin cənubundakı Quyçjou əyalətinin yüksək dağlarında quraşdırılıb. Sürətli radiodalğaların siqnallar bir neçə milli saniyə uzunluğunda radioimpulslardan ibarətdir. Alimlər bugünədək onların xassələrini müəyyən edə bilməyiblər.Azərtac

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ