SON DƏQİQƏ

35 il həbsdə yatdı, 3 milyon qazandı

Tarix:

30-08-2019, 09:13

/ 3 504 dəfə oxundu.
35 il həbsdə yatdı, 3 milyon qazandı

ABŞ-ın Nevada ştatının sakini Keti Vuds törətmədiyi cinayətə görə 35 il həbs cəzası çəkib. GunAz.az bildirir ki, bu barədə “Daily Mail” nəşri yazıb.

Nəşrin məlumatına görə, bu səbəbdən məhkəmə ona 3 milyon ABŞ dolları təzminat ödənilməsini qərara alıb. Vudsun vəkili hesab edir ki, təzminatın məbləği onun müştərisinin bu illər ərzində yaşadıqları üçün çox azdır. O, qadına 3,5 milyon dollaradək təzminat ödənilməsini tələb edir.

Qeyd edək ki, K. Vuds 1980-ci ildə çalışdığı barda 19 yaşlı tələbəninn öldürülməsində günahlar bilinərək həbs edilib. O bütün gəncliyini istintaq səhvinə görə həbsxanada keçirməli olub. 2015-ci ildə cinayət yerində ekspertizanın köməkliyi ilə siqaret kötüyü tapan müstəntiqlər həqiqi qatilin kimliyini öyrənib. Cinayətkarın daha 5 qadını öldürən Rodni Holbauer olduğu üzə çıxıb. 2018-ci ildə o, ömrlük həbs cəzasına məhkum edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ