SON DƏQİQƏ

Piton HƏYƏCANI- hamı QORXUDA

Tarix:

1-07-2019, 08:57

/ 2 404 dəfə oxundu.
Piton HƏYƏCANI- hamı QORXUDA

Böyük Britaniyanın Kembric şəhərində uzunluğu 3 metrə çatan torlu pitonu tapmağa çalışırlar.

GunAz.az xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanlarının tvitter səhifəsində deyilir.

“Səhər tezdən Kembric polisləri bu rayonda üç metrlik ilanın qeydə alınması haqqında xəbərlərdən sonra Lovell-Roud rayonuna baş çəkiblər. Polis ilanı deyil, onun sahibini aşkar edib”, - xəbərdə deyilir.

Hüquq-mühafizə orqanları həmçinin ilan haqqında istənilən informasiyanın onlara çatdırılmasını xahiş edib.

Qeyd edək ki, torlu piton cənub və cənub-şərqi Asiyasında yaşayan zəhərsiz ilandır. Dünyada ən böyük ilan hesab edilir. Bu ilanların uzunluğu yeddi metrdən çox ola bilər.

2018-ci ilin iyununda yerli KİV-ə istinadən bildirilirdi ki, İndoneziyanın Sulaves adasında 7 metrlik pitonun mədəsində qadının bədəni aşkar edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ