SON DƏQİQƏ

NASA Marsa pilotsuz vertolyot göndərəcək

Tarix:

11-06-2019, 08:12

/ 1 759 dəfə oxundu.
NASA Marsa pilotsuz vertolyot göndərəcək

ABŞ Kosmik Agentliyinin (NASA) reaktiv hərəkət laboratoriyasının (Jet Propulsion Laboratory) mütəxəssisləri Mars atmosferində uçacaq pilotsuz uçan vertolyot təqdim ediblər. Vertolyotun Qırmızı planetə uçuş imkanını sübut etmək üçün yaradılması ilə əlaqədar onun göyərtəsində elmi aparatura quraşdırılmayacaq.

Teleqraf.com xəbər verir ki, fevralda vertolyot Mars atmosferində mövcud şəraiti təkrarlayan 8 metr diametrlik test kamerası şəklində olan “Kosmik imitator”da sınaq uçuşu həyata keçirib.

Məlumata görə, daha sonra Denver şəhərində yerləşən sınaq mərkəzinə aparılan aparatın “Mars 2020” kosmik aparatı ilə uyğunluğu yoxlanılıb. Vertolyotun planet səthinə enişdən sonra ondan ayrılması nəzərdə tutulur.

“İndiyədək Mars atmosferində uçuş üçün vertolyotlar yaradılmadığına görə biz hər dəfə yeni problemləri həlli etməli oluruq”, – “Mars Helicopter” layihəsinin rəhbəri Mimi Aun bildirib.

 

Onun sözlərinə görə, artıq yayda vertolyotun montaj korpusuna təhvil verilərək orada Mars kosmik aparatına quraşdırılması planlaşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ