SON DƏQİQƏ

BORCLUNU QƏBİRDƏN DİRİ-DİRİ ÇIXARTDILAR

Tarix:

31-05-2019, 17:58

/ 1 308 dəfə oxundu.
BORCLUNU QƏBİRDƏN DİRİ-DİRİ ÇIXARTDILAR

 

Həştərxanda qeyri-adi və bir qədər də gülməli hadisə baş verib. Belə ki, şəhərin məhkəmə icraçıları yeni qazılmış məzarda özünü gizlədən və ölmüş kimi göstərməyə çalışan fırıldaqçını həbs ediblər.

Məhkəmə icraçılarının Federal Xidmətinin mətbuat mərkəzinin yaydığı məlumata görə, "ölü" vətəndaşın 200 min rubl aliment borcu var imiş və o, borcdan yayınmaq üçün belə bir metoda əl atıb. Bir müddət qəbirdə gizlənən şəxsi tapmaq mümkün olmayıb və araşdırmalar nəticəsində onun "məzarda" olduğu müəyyən edilib. Məlum olub ki, həştərxanlı şəhər qəbiristanlığında qəbirqazan işləyirmiş. Eşidəndə ki, onu alimentə görə axtarırlar, özünün qəbirini qazmaq qərarına gəlib. Hadisənin təfərrüatı isə belədir: Uzaqdan icraçıların gəldiyini görən qəbirqazan məzara girib və özünü gizlətmək niyyətinə düşüb. Amma bu "fərasətli addım" onun karına gəlməyib. Qəbirin üstündə onun və atasının adı eşidiləndə o, "dirilməkdən" başqa çarə tapmayıb. "Xortlayan" həştərxanlını aliment vermədiyinə görə uzunmüddətli həbs gözləyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ