SON DƏQİQƏ

Bax, bu sırf diplomatiyadır

Tarix:

22-05-2019, 16:43

/ 1 775 dəfə oxundu.
Bax, bu sırf diplomatiyadır

Bir dəfə Henri Kissingerdən soruşurlar:
- Diplomatiya nədir?
- Ooo… bu universal yəhudi metodudur, icazə verin misal üzərində izah edim:
Siz Sibirdə bir kasıb oğlana Rokfellerin qızını almaq istəyirsiniz. Bunun üçün oğlandan soruşursunuz:
- Rokfellerin qızıyla evlənmək istəyirsən?
- Nəyimə lazımdır, kəndimizdə qız doludur. 
- Yox, o qız milyarder qızıdır!
- Onda, bu hər şeyi dəyişir. Mən razı!
Bundan sonra mən gedirəm İsveçrəyə, orada bank sahibi ilə görüşürəm deyirəm ki, sizə Sibirdən bir oğlan tapmışam, sırf sizin bankınıza prezident kimi yaraşan adamdır!
- Nəyimə lazımdır Sibirdən, burda insan yoxdur ki?
- Amma o, Rokfellerin kürəkənidir!
- Onda, bu hər şeyi dəyişir. Gəlsin!
Sonra mən gedirəm Rokfellerin yanına. Deyirəm ki, sənə Sibirdən bir kürəkən tapmışam.
- Bizim ailə hamısı maliyyəçidir, Sibirdən olanı neynirəm?
- Elə o da İsveçrə bankının prezidentidir.
- Hə, onda, bu vəziyyəti dəyişir.
Və qızını çağırır. 
- Qızım, sənə maliyyəçi ər tapmışıq. 
Qız isə: 
- Maliyyəçilər hamısı cılız və zəif olurlar, istəmirəm!
- Yox, qızım, bu, Sibirdəndir, çox möhkəmdir.
Və qız razılaşır. 
Bax, bu, sırf diplomatiyadır.

скачать dle 12.1

Şərhlər