SON DƏQİQƏ
» » “Cənnət”də yaşamaqdan bezən cinayətkar könüllü təslim oldu

“Cənnət”də yaşamaqdan bezən cinayətkar könüllü təslim oldu

Tarix:

23-04-2019, 08:34

/ 10 330 dəfə oxundu.
“Cənnət”də yaşamaqdan bezən cinayətkar könüllü təslim oldu

Avstriyanın Zalsburq şəhərində həbsdən qaçmış cinayətkar könüllü surətdə polisə təslim olub.

 GunAz.az bildirir ki, həbsdən qaçdıqdan sonra 10 il Kanar adalarında yaşayan 64 yaşlı cinayətkarı kurortda keçən həyat yorub. O bildirib ki, bütün dünyada məşhur olan və turistlərin həvəslə  üz tutduğu Tenerife adası artıq onu bezdirib və bu qədər gözəl həyat yaşamaq ona kifayətdir.

Qəribə düşüncəli cinayətkarın hansı əmələ görə məhkum olunduğu barədə məlumat verilmir.

İldə 5 milyon turistin ziyarət etdiyi Tenerife adasında il boyu 20-29 dərəcə hava şəraiti hökm sürür. Səyyahlar bu adanı dünyadakı cənnət adlandırırlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ