SON DƏQİQƏ

Saqqız çeynəyənlər bu xəbəri oxusun

Tarix:

13-04-2019, 10:22

/ 10 402 dəfə oxundu.
Saqqız çeynəyənlər bu xəbəri oxusun

İnsanların saqqızla tanışlığı yüz illər bundan əvvələ dayanır. Doğrudur, ilk olaraq ağac qətranlarından ibarət olan saqqızların tərkibi və dadı indi tamamilə fərqlidir. Onlardan bəziləri zərərsiz olsa da, bir çox növü sağlamlığa ciddi ziyan vura bilər. Bəs uşaqdan, böyüyə hər birimizin sevdiyi saqqızların zərərləri nələrdir?

GunAz.az xarici KİV-ə istinadən saqqızın zərərlərini təqdim edir:

Diş çürüməsi

Saqqızın tərkibində olan şəkər dişlərdəki bakteriyaların çoxalmasına səbəb olur. Bu isə dişlərin çürüyüb sıradan çıxmasına gətirib çıxarır.

İshal

Həddən artıq saqqız çeynəmək mədə ağrısı və nəticədə ishala səbəb olur.

Şəkər xəstəliyi

Səkərli saqqızlar şəkər xəstələri üçün risklidir.

Həzm sistemi xəstəlikləri

Tez-tez saqqız çeynəmək həzm sisteminə qida qəbulu haqda siqnal göndərir. Bu da mədədə normadan artıq turşu ifrazına səbəb olur.

Uşaqlarda allergiya

Saqqız uşaqlarda allergiya və baş ağrıları yarada bilər. Azyaşlılar şəkərli saqqızlardan isə ümumiyyətlə uzaq tutulmalıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ