SON DƏQİQƏ

Xərçəng xəstəsindən şok addım

Tarix:

24-03-2019, 08:10

/ 10 329 dəfə oxundu.
Xərçəng xəstəsindən şok addım

Çinin Xian şəhərində bir nəfər qadın ənənəvi üsulla sağalmaq qərarı verib və ağciyər xərçəngindən xilas olacağını düşünərək, bir şüşə soxulcan (larva) udub.

Teleqraf.com xəbər verir ki, 2016-cı ildə adı mediaya açıqlanmayan qadının ağciyərində bədxassəli şiş aşkar olunub.

Sonrakı 3 il ərzində isə qadın xəstəlikdən xilas olmaq üçün müxtəlif üsullardan istifadə edib. Bu məqsədlə də sürətlə sağalmaq üçün canlı larvaları udmağa başlayıb. Bir ay sonra isə qadın sinə və mədəsindən ağrı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər qadının qarnında canlı soxulcanlara rast gələndə dəhşətə gəliblər.

Xəstəyə dərhal dərmanlar verilib və qısa müddətdən sonra ağrılar kəsilib.

Həkimlər ona ənənəvi tibbin çox təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ