SON DƏQİQƏ
» » Cəmi bir tərəvəzin şirəsi ilə xərçəngdən qurtulan qadın - Real hekayə

Cəmi bir tərəvəzin şirəsi ilə xərçəngdən qurtulan qadın - Real hekayə

Tarix:

1-03-2019, 08:12

/ 10 371 dəfə oxundu.
Cəmi bir tərəvəzin şirəsi ilə xərçəngdən qurtulan qadın - Real hekayə

Kök şirəsi 8 ay ərzində qadını bağırsaq xərçəngindən sağaldıb. 

 

GunAz.az Medicina.az-a istinadən xəbər verir ki, uşaq yazıçısı Enn Kamerona yoğun bağırsağında xərçəngin olması diaqnozu qoyulan zaman o bərk sarsılıb.

2012-ci ilin iyun ayında onun xəstəliyi təhlükəli, yəni üçüncü mərhələyə çatmışdı. Bunları xatırlayan Enn Kameron yazır:

“Məndə yoğun bağırsaqda xərçəngin üçüncü mərhələsi idi. Lakin mən kimyaterapiyadan imtina etdim. Çünki ərim ağciyər xərçəngindən 2005-ci ildə kimyaterapiya başlananda ölmüşdü. Digər tərəfdən isə mən xəstəxanada ölmək istəmirdim, üstəlik özümü yaxşı hiss edirdim. Lakin 6 aydan sonra xərçəng ağciyərlərimə də yayıldı və onun dördüncü - ən yüksək mərhələdə olduğu təsdiq edildi. Məlumdur ki, kökün tərkibində xərçəng şişlərinin inkişafının qarşısını alan karotin maddəsi var. Həmin vaxt əlimə bir yazı keçdi. Orada dəri xərçəngi diaqnozu qoyulmuş bir kişinin gündə təxminən iki litrdən artıq kök şirəsi içməklə özünü müalicə etdiyi bildirilirdi. Qərara gəldim ki, bunu mən də sınayım”. 

 

E.Kemeron kök şirəsini içməyə başlayandan sonra səkkizinci həftədə onun orqanizmində şişin inkişafı dayanıb. Dörd aydan sonra şiş kiçilməyə başlayıb və onun ağciyərləri xərçəngdən təmizlənib. 8 aydan sonra isə həkimlər xərçəngin tamamilə yoxa çıxdığını bildiriblər. Bunu bir neçə klinikanın müayinəsi təsdiqləyib. 

 

E.Kemeron daha sonra “Kökün köməyi ilə xərçəngin müalicəsi” adlı kitab yazıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ