SON DƏQİQƏ

Ən təmiz işıq şüası yaradılıb

Tarix:

9-02-2019, 08:00

/ 10 403 dəfə oxundu.
Ən təmiz işıq şüası yaradılıb

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri kosmosda istifadə ediləcək işıq şüası yaradıblar. Texnologiya vasitəsilə lazer işıq dəstəsini təmizləmək mümkün olub.

GunAz.az bildirir ki, alimlər tərəfindən təmizlənmiş lazer şüası buraxan xüsusi daşınan aparat hazırlanıb. Aparat kiçik qabaritlərinə və istifadə sadəliyinə görə fərqlənir. İşıq dəstəsini dəyişməyə məcbur edən dalğa uzunluğunda fərqə görə Yer kürəsi şəraitində tam təmizlənmiş işıq əldə etmək mümkün deyil. Bununla əlaqədar ali məktəb mütəxəssisləri işıq dəstəsini tam təmizləmək üçün lazer şüasını kosmosa göndərmək qərarına gəliblər.

Alimlər tərəfindən hazırlanan lazer xəttinin eni 20 hers təşkil edir. Müasir lazerlərin adi xəttinin eni isə 1-10 min hersə bərabər olur. Alimlər qurğunun hazırlanmasında 2 metr optik lifdən istifadə ediblər. Gələcəkdə onlar Yer orbitinə yerləşdiriləcək daha böyük aparatlar yaratmağı planlaşdırırlar.

Mütəxəssislərin hazırladığı dalğa ötürücüləri bir-biri ilə toqquşmaya yaxın olan "qara dəliklər" axtaran qurğu kimi istifadə oluna bilər. Onlar qurğu tərəfindən oxunacaq xüsusi dalğalar buraxırlar.(Azərtac)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ