SON DƏQİQƏ

“Dünyanın ən yalnız ördəyi” öldü

Tarix:

28-01-2019, 21:20

/ 10 489 dəfə oxundu.
“Dünyanın ən yalnız ördəyi” öldü

"Hətta xoruz, toyuq və digərləri onun yanında məyus görünürdü".

Heç bir ördək növünün yaşamadığı Yeni Zellandiyanın Niue adasında keçən il yerli xalq tərəfindən tapılan ördəkdən pis xəbər alınıb.

Trevor adlı ördək it hücumu nəticəsində ölüb.

Turistlər tərəfindən maraqla qarşılanan və adanın simvoluna çevrilən ördəyin fırtına nəticəsində yolunu itirdiyi və ya ada yaxınlarında daşındığı gəmidən dənizə düşdüyü təxmin edilir.

Yerli xalqın baxdığı "tənha ördək" Trevorun yuva tapmaq və xoruzların istismarından aciz qaldığı bildirilib.

Ördəyin turistlər və yerli xalq tərəfindən bəsləndiyini görən xoruzlar Trevoru qovalamağa və narahat etməyə başlayıb.

Yeni Zellandiya məclisinin sözçüsü Trevor Mallard sosial mediada Trevorla bağlı məyusluğunu və ona dərin simpatiyası olduğunu deyib.

Niue Ticarət Otağının şefi isə ABC televiziyasında verdiyi açıqlamada "O, bir çox qəlbə girdi. Hətta xoruz, toyuq və digərləri onun yanında məyus görünürdü" deyə bildirib.

скачать dle 12.1

Şərhlər