SON DƏQİQƏ

Qorxunc “Cəhənnəmin qapısı” - Foto

Tarix:

15-01-2019, 11:51

/ 10 536 dəfə oxundu.
Qorxunc “Cəhənnəmin qapısı” - Foto

Dünyada gedib görmək üçün insandan cəsarət istəyən yerlər var.

GunAz.az xəbər verir ki, belə yerlərdən biri də Türkmənistanın Qaraqum çölündə yerləşən “Cəhənnəm qapısı”dır.

Onun dərinliyi 50, diametri isə 100 metrdir.

“Cəhənnəm qapısı” adlandırılan vulkan 1967-ci ildə qaz sızması nəticəsində yaranıb. Hadisə zamanı bir neçə insan həyatını itirib.

Xarici turistlərin diqqətini çəkən “Cəhənnəm qapısı”nın görüntüləri ABŞ televiziyasında yayımlandıqdan sonra vulkan dünyada daha da məşhurlaşıb.

Qəribədir ki, “Cəhənnəm qapısı”nın gurultusu yüzlərlə metr kənardan aydın eşidilir. Vulkanın yanına küləkli havada yaxınlaşmaq mümkün deyil.

Qeyd edək ki, “Cəhənnəm qapısı” 50 ilə yaxındır sönmədən yanır. Türkmən geoloqlar hesab edirlər ki, burada ciddi qaz sızıntısı mövcuddur, məşəl kimi yanan quyunun sönməməsi də bundan doğur

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ