SON DƏQİQƏ

İspanağı bişirmədən yeyin - Məsləhət

Tarix:

30-12-2018, 15:30

/ 10 337 dəfə oxundu.
İspanağı bişirmədən yeyin - Məsləhət

İsveçin Linkopinq Universitetinin mütəxəssisləri ispanağın ən xeyirli vəziyyətini tapmaq üçün müxtəlif vasitələrlə onu bişirərək test ediblər.

GunAz.az xəbər verir ki, araşdırma zamanı gəlinən nəticəyə görə, ispanaq bişirildikdə tərkibindəki antioksidanlar ölür. Buna görə də ispanağı çiy yemək daha faydalıdır.

İspanaqda lütein səviyyəsini nizamlı olaraq ölçən elm adamları, aşkar ediblər ki, bu maddə bitki bişdikcə təsirini itirir. Eyni zamanda ispanaq balaca parçalara bölündükdə də lütein tükənir.

Qeyd edək ki, lütein infarkt riskini azaldır və görmə qabiliyyətini yaxşılaşdırır .

Araşdırmaya görə ispanaq isti ilə təmasda olmamalıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ