SON DƏQİQƏ
» » “Ağıllı” bankomat düzəldilib-OĞURLUQ OLMAYACAQ

“Ağıllı” bankomat düzəldilib-OĞURLUQ OLMAYACAQ

Tarix:

6-11-2018, 09:14

/ 10 368 dəfə oxundu.
“Ağıllı” bankomat düzəldilib-OĞURLUQ OLMAYACAQ

Yaponiyanın “Hitachi-Omron Terminal Solutions” şirkəti fırıldaqçılara qarşı mübarizə məqsədilə süni intellktə malik bankomat düzəldib.

GunAz.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Yeni bankomat yalnız görüntünü qeydə alan yox, həmçinin müştərinin hərəkətlərini təhlil edən bir neçə kamera ilə təchiz olunub. Məsələn, əgər müştəri əməliyyat zamanı telefonla danışırsa, bu zaman bankomat işi dayandırır və ekranda bu barədə müvafiq məlumat öz əksini tapır. Eyni hadisə bankomata qara eynək, maska və ya sifətin cizgilərini gizlədən digər örtük taxmış müştəri yaxınlaşan zaman da baş verir. Əvvəlcə onlara həmin aksesuarları çıxarmaq təklif edilir, müvafiq tələb yerinə yetirilmədiyi halda əməliyyatın aparılmasına icazə verilmir.

Yeni texnologiyanı daha da təkmilləşdirməyi planlaşdıran şirkət 2019-cu ildən sonra bu bankomatların kommersiya istehsalına başlamağı planlaşdırır.

Bu aparatların ilk ictimai sınaqları Aiçi prefekturasında aparılıb. “Bankomatların yeni funksiyaları özlüyündə cinayətin qarşısını alır. Bu baxımdan o, çox səmərəlidir”, - deyə prefektura polisinin rəhbəri bildirib.

Yaponiya polisinin və hakimiyyət orqanlarının fəal cəhdlərinə baxmayaraq, ölkədə bankomatlarla bağlı fırıldaq və mənimsəmə halları tez-tez baş verir. Təkcə cari ilin birinci yarısında həmin fırıldaqçıların hərəkətlərindən ölkə vətəndaşları 1 milyard yen (təqribən 9,5 milyon dollar) zərər çəkiblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

скачать dle 12.1

Şərhlər