SON DƏQİQƏ

Alimlərdən dünyanı qorxudan XƏBƏRDARLIQ

Tarix:

20-09-2018, 14:18

/ 10 341 dəfə oxundu.
Alimlərdən dünyanı qorxudan XƏBƏRDARLIQ

Alimlər Günəş ilə bağlı qorxunc açıqlama veriblər.

GunAz.az ölkə.az -a istinadla xəbər verir ki, ingilis mütəxəssislər günəş fırtınalarının artacağını və yüksək sürətli radioaktiv hissələrin Dünyadakı elektrik sistemləri və rabitəni məhv edəcəyini bildiriblər.

İngiltərənin Kosmik Agentliyi və alman alimlər kosmosa yeni sistem göndərərək daha dəqiq nəticələr ala biləcəklər. Alimlər  “Günəş fırtınalarının bizə təsir etməsi an məsələsidir” açıqlamasını veriblər.

Avropa Kosmik Agentliyi bir neçə günə yeni layihəyə başlayır. Layihə Günəşdəki fırtına və partlayışlarla bağlıdır.

“Kosmosa göndəriləcək yeni sistem alimlərin və millətlərin gələcəkdəki Günəş fırtınaları və partlayışlara qarşı tədbir görməyimizi nəzərdə tutur”, - deyə açıqlama verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ