SON DƏQİQƏ
» » Alimlər kələmin tərkibində mədəni xərçəngdən qoruyan maddə tapdılar

Alimlər kələmin tərkibində mədəni xərçəngdən qoruyan maddə tapdılar

Tarix:

15-08-2018, 13:50

/ 10 353 dəfə oxundu.
Alimlər kələmin tərkibində mədəni xərçəngdən qoruyan maddə tapdılar

Londonun Frensis Krik universitetinin alimləri mədəni xərçəngdən qoruyan maddə tapıblar.

GunAz.az xəbər verir ki, kələm, kolrabi və gül kələmin tərkibində olan maddə bağırsağın və mədənin mikroflorasını normallaşdırır, düz və yoğun bağırsaqda xərçəngə səbəb ola bilən mikrobların yaranmasının qarşısını alır.

“Bu kəşf optimizm üçün böyük əsasdır. Biz xərçəngə səbəb olan genetik faktorları dəyişə bilmərik. Digər tərəfdən biz onların təsirini azalda bilərik. Bunun üçün isə düzgün pəhriz və qidalanma lazımdır”, - deyə alim Gitta Stokinger bildirib.

Son illər alimlər insan orqanizmində xərçəngə səbəb olan bir sıra mikroblar kəşf ediblər. Məsələn, “Heliobacter pylori” və “Streptococcus gallolyticus” mikrobları mədə və düz bağırsaq xərçənginin yaranmasına səbəb olan əsas mikroblardır.

Stokinger və həmkarları müəyyən ediblər ki, bu mikroblardan mədəni qorumaq mümkündür. Bunun üçün isə müxtəlif ərzaq məhsulları tədqiq edilib. Siçanlar üzərində aparılan təcrübə sübut edib ki, “ISC” maddəsi daha çox kələm, gül kələm və kolrabinin tərkibində var və artıq mövcud bədxassəli şişin inkişafını ləngidib, siçanları düz bağırsaq xərçəngindən qoruyub. Eyni zamanda bu maddə mədənin iltihabını azaldıb, mikrofloranı yaxşılaşdırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ