SON DƏQİQƏ

Sonuncu Günəş tutulması baş verəcək

Tarix:

7-08-2018, 16:42

/ 10 448 dəfə oxundu.
Sonuncu Günəş tutulması baş verəcək

Cari ilin sonuncu Günəş tutulması hadisəsi avqustun 11-də baş verəcək.

GunAz.az  xəbər verir ki, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq, saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. İlin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ