İnstagram videoları 1 saata qədər uzadıla bilər

İnstagram sosial şəbəkəsi istifadəçiləri üçün növbəti yeniliyə imza atmağa hazırlaşır.

Gunaz.az xəbər verir ki, bu barədə The Wall Street Journal mənbəsinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, İnstagram xidməti istifadəçilərinin bir saatlıq video yerləşdirməsinə imkan verəcək yenilik üzərində işləyir. Qeyd edək ki, hazırda adıçəkilən sosial şəbəkədə maksimum bir dəqiqəlik video yerləşdirmək mümkündür.

Bir saatlıq videoların ancaq “Instagram Stories”ə, yoxsa bütün xidmətə aid ediləcəyi hələ ki məlum deyil.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]