SON DƏQİQƏ
» » Türkiyədə ilk dəfə maral böcəyi tapıldı - Qİyməti 100 dollardır və...

Türkiyədə ilk dəfə maral böcəyi tapıldı - Qİyməti 100 dollardır və...

Tarix:

23-05-2018, 14:08

/ 11 311 dəfə oxundu.
Türkiyədə ilk dəfə maral böcəyi tapıldı - Qİyməti 100 dollardır və...

Altı buynuzlu böcək olaraq bilinən və Türkiyədə yalnız Amonos dağlarında yetişdirilən maral böcəyi Muğlada ilk dəfə ortaya çıxıb.

Gunaz.az metbuat.az -a xəbər verir ki, oturduğu masada gördüyü maral böcəyi ilə bağlı araşdırma edən adam onun qorunan və Yaponiyada çox dəyərli bir böcək olduğunu öyrənib. Daha sonra o, bunu Muğla Kənd Təsərüffatı və Heyvançılıq bölgə müdürlüyünə xəbər edib.

Maral böcəyinin boyunun təxminən telefon batereya cihazı uzunluğunda olduğunu deyən vətəndaş altı buynuzlu böcək ilə ilk dəfə qarşılaşdığını bildirib.

Xüsusilə böcək kolleksiyası toplayan insanlar arasında çox qiymətli olan maral böcəyi dünyanın dörd bir tərəfindən kolleksiyaçıları və araşdırmaçıları Türkiyəyə çəkir.

Son dövrlərdə bölgəni ən çox ziyarət edənlərin başında isə yaponlar gəlir. Yaponiyada maral böcəyinin qiyməti 100 min dollara qədər alıcı tapa bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ