SON DƏQİQƏ
» » Naxçıvanda “Göycə” festivalı keçiriləcək

Naxçıvanda “Göycə” festivalı keçiriləcək

Tarix:

14-05-2018, 15:09

/ 10 923 dəfə oxundu.
Naxçıvanda “Göycə” festivalı keçiriləcək

Naxçıvan şəhərindəki "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muxtar respublikanın İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət nazirliklərinin, şəhər və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə "Göycə” festivalı keçiriləcək.
Gunaz.az xəbər verir ki, iki gün davam edəcək festivalın açılışı mayın 19-da olacaq.
Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növ göycə məhsullarının sərgi-satışı həyata keçiriləcək.
Festivalda göycə yetişdirən fermerlər arasında müsabiqə keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, ötən illərdə Naxçıvanda keçirilən "Göycə” festivalları sakinlər, o cümlədən muxtar respublikaya gələn turistlər tərəfindən böyük maraqla qarşılanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ