SON DƏQİQƏ
» » “Facebook”a çoxdandır gözlənilən YENİLİK GƏLİR

“Facebook”a çoxdandır gözlənilən YENİLİK GƏLİR

Tarix:

1-05-2018, 11:51

/ 10 461 dəfə oxundu.
“Facebook”a çoxdandır gözlənilən YENİLİK GƏLİR

“Facebook” uzun müddətdir ki, “dislike” düyməsi üzərində işlər aparırdı.

Gunaz.az  xəbər verir ki, şirkət hər dəfə “əlavə edəcəyik” deyərək istifadəçiləri gözlədirdi. Amma “dislike” düyməsi əvəzinə “like” düyməsinə əlavə olaraq, müxtəlif hisləri təmsil edən düymələr istifadəyə verildi.

“Facebook” istifadəçiləri isə “dislike” düyməsini gözləməyə davam etdi. Verilən məlumatlara görə, “Facebook” bu sözünü yerinə yetirməyə hazırlaşır. “Facebook”un yeni “dislike” düyməsi paylaşımlar üçün istifadə edilməyəcək. Düymə yalnız rəylər üçün istifadə edilə biləcək. Beləliklə bu düymə sayəsində bir rəyin bəyənilmədiyi asan bir şəkildə bildiriləcək.

“Dislike” düyməsi fevral ayından Yeni Zellandiyada test mərhələsindədir. Amma avstraliyalı istifadəçilər “Facebook”un bu xüsusiyyətindən artıq istifadə edə bilir. Yaxın zamanlarda bütün “Facebook” istifadəçilərinin bu düymədən istifadə edə biləcəyi gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ