SON DƏQİQƏ
» » Həqiqi ətri saxtasından necə ayıraq? SADƏ YOLLARI

Həqiqi ətri saxtasından necə ayıraq? SADƏ YOLLARI

Tarix:

23-04-2018, 18:00

/ 10 351 dəfə oxundu.
Həqiqi ətri saxtasından necə ayıraq? SADƏ YOLLARI

Bir çox ətir rəfləri əslində bənzədilmiş saxta məhsullarla dolu olur. Əksərən müştərilərin bundan xəbəri olmur və baha qiymətə saxta ətir alır. Qeyd edək ki, saxta ətirlər bizə həm maddi, həm də sağlamlıq baxımından zərər vurur. Ancaq bu saxta malları ayırd etməyin çox sadə yolları var. Gunaz.az həqiqi ətri saxta ətirdən ayırmağın bəzi məqamlarını diqqətinizə çatdırır. 

 

Qüsursuz paketləmə

 

Əgər şəffaf örtük narahatedici, düzgün olmayan bir şəkildə yapışdırılıbsa, o ətir saxtadır. Həqiqi ətir qutuları hər zaman qüsursuz örtüyə sahibdir.

 

Şüşə keyfiyyəti

 

Həqiqi ətirlərin yüksək keyfiyyətli şüşələri olur. Saxta olanlar isə daha kobud və düzgün olmayan xarici xətlərə sahibdir.

 

Keyfiyyətli qutu seçimi

 

Həqiqi paketləmə yüksək keyfiyyətli kartondan hazırlanır və şüşəni zərbələrə qarşı qoruyacaq şəkildə hazırlanır. Buna görə qutuların içində ətir şüşəsini tutacaq bir boşluq var. Həmçinin karton ağ olmalıdır, bozumtul yox.

 

Detalları gözdən qaçırmayın

 

Ətir mağazalarında rəflərdə gördüyümüz məhsullar çox gizli dəyişikliklərlə orijinallarından ayırd edilə bilir. Bu hiylə işbaz istehsalçılara məhkəmə işlərindən qurtulma şansı verir. Bu səbəblə ətir alarkən məhsulu yaxşıca yoxlamadan almayın.

 

Paketini yoxlayın

 

Orijinal ətirlər olduqca qalın və qutunu yaxşıca bükən şəffaf örtüyə malikbir. Düzgün sarılmamış qutular saxtalıq əlaməti ola bilər.

 

Etiket və yazılar

 

Orijinal qutu və saxta qutu üzərindəki yazıya diqqət edildiyində gözlə görülə bilən fərqlər var. Ətir alarkən məhsulun internet səhifəsini də ziyarət etməkdən çəkinməyin, oradakı məhsul haqqında məlumatları və paketi müqayisə edin. Ən kiçik fərq belə imitasiya əlamətidir.

 

Ətir rəngi

 

Məşhur markalar ətirlərində çox boya istifadə etmirlər. Buna görə həqiqi ətirlərin rəngi daha açıq olur. Ətrin diqqətçəkən kimyəvi rəngi onun saxta olduğunun bir işarəsidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ