SON DƏQİQƏ
» » İş yerində xoşbəxt olduğunuza dair 5 işarət

İş yerində xoşbəxt olduğunuza dair 5 işarət

Tarix:

30-03-2018, 14:16

/ 10 423 dəfə oxundu.
İş yerində xoşbəxt olduğunuza dair 5 işarət

İş yerində xoşbəxt olmaq düşündüyünüzdən  daha  çox əhəmiyyətlidir. Çünki gününüzün böyük bir hissəsini iş yerinizdə keçirirsiziniz. Üstəlik, indilərdə biznesin və ev həyatının sərhədlərinin də qalxması ilə birlikdə bu çox daha böyük əhəmiyyət daşıyır. Bəs siz işinizdə xoşbəxtsiz? Əgər aşağıdakı duyğuları hiss edirsinizsə, təbrik edirik, siz iş yerində xoşbəxtsiz. Gunaz.az sizə bu işarələri təqdim edir:

 

Səhərlər rahatlıqla qalxırsınız.

Əgər yuxuyla bağlı bir probleminiz yoxdursa,  səhərlər erkəndən qalxıb və  heç düşünmədən işin yolunu tutursunuzsa işinizdə hər şey qaydasındadır.Çünki işə getmək sizə, evinizdən çıxıb başqa bir evə getmək kimi gəlir. İkinci evinizə gəldiyiniz üçün də rahatlıqla oyanır və hazırlanırsız. İşinizlə bağlı problemin olmadığının ən böyük işarəsidir.

 

Gün ərzində stres hiss etmirsiniz.

İşə gedən kimi stresdən uzaq olursunuzsa çox xoşbəxt olduğunuzdandır. Çünki iş yerində xoşbəxt olmadığınızda, sadəcə, qapıdan içəri girmək də sizi stresli hiss etdirməyə yetər.  Əgər qarşınıza nə gəlirsə-gəlsin problemlərin öhdəsindən asanlıqla gəlir və problem həll etməyə diqqət yetirirsinizsə işinizi sevirsiniz deməkdir.

 

İş yerinizdə bir çox dostunuz var.

Günümüzün böyük bir hissəsini iş yerində, iş yerindəki insanlarla keçiririk. Təbii olaraq bu insanların sifətlərini evmizdən və övladımızdan da çox görürük. Ona görə bu insanlarla qurduğumuz münasibətlərin dərinliyi də bizim üçün çox əhəmiyyətlidir. Əgər iş yerinizdə xoşbəxtsizsə yəqin ki, qurduğunuz  əlaqələriniz də daha qüvvətli olur. Bu insanları ailənin bir fərdisi kimi görməyə başlayırsınız.

 

İş yerində uzanan gecələrdən şikayətçi deyilsiniz.

İş həyatının ən dözülməz hissəsi həqiqətən işlərdir. İşə qaldığınız gecələrdə əsəbi vəziyyətdə çalışmırsınızsa  əmin olun ki, bu işinizi sevdiyiniz mənasına gəlir. Əgər işin ən çətin hissəsində belə ağlamırsınız və hətda işə qalmaq sizə kefli belə gəlirsə, həqiqətən, işinizi sevirsiniz deməkdir.

 

Yeni təkliflər diqqətinizi çəkmir.

Qarşınıza bir təklif çıxa bilər. Ancaq sizə gəlmirsə yəqin ki, nə ətrafa belə mesajlar verirsiniz, nə də sizə verilən mesajları oxuyursunuz. İşinizdən çox razısınızsa yeni işləri görməyəcəksiniz də. Bu da əslində işinizdə nə qədər xoşbəxt olduğunuzun  göstəricisidir.

 

Səidə Seyidova

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ