SON DƏQİQƏ

"Mona Liza" nı bina üzərində yaratdı

Tarix:

23-03-2018, 15:52

/ 10 486 dəfə oxundu.
"Mona Liza" nı bina üzərində yaratdı

Rəssam Nazifə Bilgin Hazar Mersində, 34 illik tarixə malik binanın üzərinə Leonardo Da Vinçinin "Mona Liza" əsərini çəkib. 

Gunaz.az Türkiyə KİV-nə istinadən bildirir ki, o, layihə çərçivəsində bundan əvvəl bir sıra tanınmış rəssamların da əsərlərini çəkib. Rəssam mediaya açıqlamasında bildirib ki, əsəri yaratmaq üçün ona 3 həftə lazım olub: " Mona Liza"nı çətinliklə yaratdım. Günəş işığı rəngləri seçməkdə mane olurdu. Axşam göz qapaqlarım şişkin halda evə gəlirdim. Belə bir şərtlərlə əsəri bitirdim. Məqsədim isə xalqımızı sənətlə tanış etməkdir. Bulvarda yerləşən bu binalar indi açıq hava muzeyini xatırladır" "

Rəssam ümumilikdə, bina divarlarına 17 əsər çəkib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ