SON DƏQİQƏ
» » İş yerinin ruh sorucularından uzaq durmanın - 5 YOLU

İş yerinin ruh sorucularından uzaq durmanın - 5 YOLU

Tarix:

1-03-2018, 21:43

/ 10 452 dəfə oxundu.
İş yerinin ruh sorucularından uzaq durmanın - 5 YOLU

İş yerlərində müxtəlif cür insanla birlikdə işləyirsiz. Bu insan tiplərinidə zamanla anlayır və necə bir ünsiyyət quracağınızı öyrənərsiniz. Ancaq içlərindən bəziləri var ki, siz necə tiplər olduğunu anlayana qədər çoxdan içinizi boşaltmış olurlar. Bəli, onlardan danışırıq: Ruh sorucuları! Gunaz.az onlardan uzaq durmanın 5 yolunu sizlərə təqdim edir:

İş yerinin ruh emicilerinden uzak durmanın 5 yolu
İlk növbədə ruh sorucularını tanıyın.
Bir ruh sorucusundan uzaq olmağın yolu ilk növbədə onu tanımaqdır. Bu tip insanlar fərqli formalarda qarşınıza çıxır. Kimisi heç bir layihəni bəyənməyən biri, kimi hər cür layihəyə inanılmaz bir enerjiylə tullanan, kimi qoyub gedəcəyəm, buraları sifətilə dolaşan, kimi isə bu şirkətdən heç bir şey olmaz da məhz çörək pulu üçün buradayam deyə ağlayan biri kimi qarşınıza çıxar.Bu tipləri görən kimi əslində bir şeylərin tərs getdiyini daxili səsinizlə hiss edirsiniz. Çünki bütün enerjiniz çəkilmiş olur.

İş yerinin ruh emicilerinden uzak durmanın 5 yolu
Onları tanıdığınızı müəyyən edin.
Ruh sorucusu ilə başa çıxmağın ən yaxşı yolu onları tanıdığınızı müəyyən etməkdir. İlla ki, tərs düşünmənizə ehtiyac yoxdur. Siz sadəcə ona öz enerjinizi verməyəcəyinizi bəlli etməyiniz kifayətdir. Onsuz da qısa zamana sonra sizin ətrafınızda dolaşmağı buraxacaq və və arxanızdan danışmayacaqdır.

İş yerinin ruh emicilerinden uzak durmanın 5 yolu
Sizi özlərinə çəkmələrinə icazə verməyin.
Ruh sorucuları sizin ən zəif dəqiqənizi tutmağa çalışarlar. Eynilə immunitet sisteminin çökməsini gözləyən bir mikrob kimi pusquya yatırlar və özünüzü ən zəif hiss etdiyiniz anda yanınızda bitirlər. Məsələn, o gün kefiniz yoxdursa və ya layihənin gedişindən məmnun olmadığınız bir zamanda sifətiniz bir az aşağı olanda, ruh sorucusu bunu dərhal anlayar və qalan son enerjinizi də çalmaq üçün hərəkətə keçər. Belə vaxtlarda keçiriləcək ən yaxşı şey məxfilik plaşını taxıb, onlardan uzaq durmaqdır.

İş yerinin ruh emicilerinden uzak durmanın 5 yolu
Lazım gələrsə, müdürnüzə danışın.
Ruh sorucuları iş yerində güman etdiyinizdən də daha can sıxıcı ola bilərlər. Sizə bir zərər yoxdur kimi görünürlər, amma bu vəziyyət sizə daha çox iş yükü və emosional stress kimi əks olunur. Bu səbəblə bu vəziyyət sizə çox narahat edəndə xüsusilə eyni komandada bir ruh sorucusu ilə birlikdəysənizsə bunu müdürnüzlə bölüşün və sizin enerjinizə uyğun yeni bir komandaya daxil olun.

İş yerinin ruh emicilerinden uzak durmanın 5 yolu
Siz də ruh sorucusu olub-olmadığınıza nəzarət edin.
Ruh soruculuğu yoluxucudur. Bu səbəblə bir baxırsınız ki, siz də fərqinə belə varmadan birlərinin ruhunu sorursunuz. Əgər həmişə enerjisiz bir şəkildə gəzib, sadəcə olub, bitənlərdən yaxın olursunuzsa, işinizi edəcək qram gücünüz qalmayıbsa, simptomları göstərir ola bilərsiz. Silkələnin və özünüzə gəlin!

 

Səidə Seyidova

скачать dle 12.1

Şərhlər