SON DƏQİQƏ
» » Ərəb milyarderin oğlu öz avtomobilləri ilə London küçələrinə damğa vurur - FOTOLAR

Ərəb milyarderin oğlu öz avtomobilləri ilə London küçələrinə damğa vurur - FOTOLAR

Tarix:

25-02-2018, 17:44

/ 402 dəfə oxundu.
Ərəb milyarderin oğlu öz avtomobilləri ilə London küçələrinə damğa vurur - FOTOLAR

Londona köçən Səudiyyəli milyarderin oğlu yenidən dünya mətbuatında gündəmə gəlib.

2017-ci ildə İngiltərənin paytaxtı Londana köçən Səudiyyəli milyarder Turki bin Abdullah özü ilə gətirdiyi avtomobilləriylə hər kəsi heyrətləndirir.

Qızıla bürünmüş avtomobilləri ilə London küçələrində gözləri qamaşdıran gənc milyarder ilk dəfə mətbuata danışıb. 23 yaşlı gəncin “atam nə istəsəm, alır” deməsi də bir çox insanda təəccüb doğurub. Gənc milyarder Turki bin Abdullah “ərəb playboy”u və ya zəngin şeyx kimi tanınır.

 

Getdiyi restoranlarda girişdə avtomobilini park edən işçilərə ən az 50 pound (orta hesabla 100 manat) verən gənc milyarderin ən çox sevdiyi əyləncə dostlarına bahalı hədiyyələr verməkdir.

Ərəb milyarder lüks avtomobillər almağın onun üçün bir zövq olduğunu deyir. Dünyadakı ən bahalı avtomobilləri kolleksiyasına daxil edən gənc milyarder avtomobillərinin sayını da unutduğunu qeyd edib.

 

Qeyd edək ki, 23 yaşlı milyarder kanadalı repçi Drake və amerikalı rep əfsanəsi Doktor Dre ilə də yaxın dostdur.

Hazırda maliyyəçisi atası olsa da gənc şeyx yaxın zamanda böyük bir iş quracağını da mətbuata açıqlayıb. Lakin quracağı işin nə olacağı barədə hələlik ətraflı məlumat vermək istəmədiyini bildirib.

 

 

Ərəb milyarderin oğlu öz avtomobilləri ilə London küçələrinə damğa vurur - FOTOLAR

 

 

 

Ərəb milyarderin oğlu öz avtomobilləri ilə London küçələrinə damğa vurur - FOTOLAR

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ