SON DƏQİQƏ
» » Körpəsini itirən aslandan duyuğlandıran mənzərə

Körpəsini itirən aslandan duyuğlandıran mənzərə

Tarix:

20-02-2018, 21:09

/ 1 011 dəfə oxundu.
Körpəsini itirən aslandan duyuğlandıran mənzərə

Nyu-Yorkun 53 yaşlı fotoqrafı Qordon Donovan Namibiyadakı Etoşa milli parkında antilop balası böyüdən aslanın fotosunu çəkib.

Gunaz.az xəbər verir ki, fotoqraf yırtıcının antilopu parçalayacağını düşünsə də, bu baş verməyib.

Donovanın sözlərinə əsasən, aslanın balalarını şir qətlə yetirib. Sonra isə digər şiri qovub. Bir müddət körpəsiz qalan aslan kiçik antilop tutub. Aslan antilopu parçalamaq əvəzinə qayğısına qalıb.

"Təbiətdən nə gözləyəcəyini bilmirsən",-deyə fotoqraf əlavə edib. 

Aslan antilopu digər yırtıcılardan da qoruyub. Fotoqraf iki saatdan artıq onları müşahidə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ