SON DƏQİQƏ
» » Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı

Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı

Tarix:

16-01-2018, 21:55

/ 3 065 dəfə oxundu.
Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı

Özbəkistanın Surxandərya vilayətinin Denauy rayonunda dünyada ilk dəfə 8 ton ağırlığında plov hazırlanıb.

Gunaz.az AZƏRTAC-a istinadən bildirir ki, plovun hazırlanmasında vilayətin 46 tanınmış aşpazı iştirak edib.

Xatırladırıq ki, ötən il sentyabrın 8-də Daşkənddə keçirilən "Ozbeqim" Ənənəvi Mədəniyyət Festivalı çərçivəsində paytaxt aşpazları 7360 kiloqram ağırlığında özbək plovu hazırlamış və Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Plovu hazırlamaq üçün Daşkənddəki meqa-qazan Surxandərya vilayətinə aparılıb. Qazan isə Almalık Dağ-Mədən Kombinatında hazırlanıb, diametri 4,2 metr, ağırlığı 7 tondur.

Surxandərya aşpazları isə rekordu təzələyiblər, ancaq 8 ton ağırlığında plovun Rekordlar Kitabına düşüb-düşməyəcəyi haqda heç nə deyilmir.

Plov vilayətdəki hərbi hissələrə, internat məktəblərinə, uşaq evlərinə, əlillərə və aztəminatlı ailələrə paylanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ