SON DƏQİQƏ

Günün qoroskopu: Bədxərclik etməyin

Tarix:

10-05-2017, 08:36

/ 3 130 dəfə oxundu.
Günün qoroskopu: Bədxərclik etməyin

GUNAZ.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç
- Oberon və Fobosun münasibətləri iş şəraitinə yenilənmə, aktivləşmə verə bilər. Mühüm məsələlərin həlli üçün yaxşı fondur. Kollektivdə birgə iş yaxşı nəticə verə bilər. İntuisiyanızı işə salın.
Buğa
- diqqətinizi iş prosesindən ayırmayın. Əks təqdirdə, sonrakı günlərdə yerinə yetirməli olduğunuz işlərin sayı arta bilər. Bədxahların tələsinə düşməyin.
Əkizlər
- sənədlərdə dəqiqlik və səhihliyə fikir verin. Xoşladığınız işlərə axşam saatlarında vaxt ayırın. Bununla belə, məqsədi və hədəfi unutmayın. Qətiyyətli davranın.
Xərçəng
- Aktiv, təşəbbüskar, qıvraq və çevik olun. Həllinə doğru çoxdan bəri irəlilədiyiniz məsələnin gündəmə gəlməsi mümkündür. Lakin planlarınız doğurlmayacaq. Məlumat toplayın, bundan sonrakı addımlarınızı müzakirə edin, amma olaylara süni təkan verməyin.
Şir
- Erida və İonun münasibətləri günü xəbər, zəng, danışıq, xahiş və tələb sarıdan bol edəcək. İdeyalarınız və konstruktiv təklifləriniz cavabsız qala bilər.
Qız
- həyat sizi qeyri-adi imkanla üzbəüz qoya bilər. İlkin mərhələdə dağıntılar mümkündür. Yeniliyi yoxlayın, əlavə sınaqdan keçirin.
Tərəzi
- ünsiyyəti bir qədər məhdudlaşdırın, qonaq dəvət etməyin. Yaşam məkanında yeni, prinsipial heç nəyə başlamayın. Aktiv olun, süstlük etməyin. Yüz ölçüb, bir biçin.
Əqrəb
- təxtirəsalınmaz iş, müdaxilə sinirlənməyə səbəb olacaq. Evinizi, ailənizi kənar təsirdən və münasibətlərə qarışmaq cəhdlərindən maksimal dərəcədə qoruyun.
Oxatan
- Umbriel və Kallistonun münasibətləri sizdən bu gün rasional, müdrik davranış tələb edir. Ailə üzvünüz və ya yaxın qohumunuzla bağlı qəfil xəbər gələ bilər.
Oğlaq
- İşdə yoxlama, günahkar axtarışı, habelə yanlışlıqların aradan qaldırılması ilə bağlı tapşırıq istisna deyil. Faydalı iş əmsalını artırmaq üçün avadanlıq və ya vasitəni dəyişmək olar. Məsləhətlərdən yararlanın.
Dolça
- qarşılıqlı anlaşmaya çətinliklə nail olduğunuz insanla maraqlana bilərsiniz. Mübahisələr və ya münaqişələr aktivliyinizi artıracaq. Bədxərclik etməyin.
Balıqlar
- nagahani hadisə planlaşdırılmış olaydan daha yaxşı ola bilər. Səbrsiz olsanız, ətrafdakı insanlara təzyiq etsəniz, nigaranlığınız gerçəkləşə bilər.
скачать dle 12.1

Şərhlər