SON DƏQİQƏ

Havada qəribə formalı bulud peyda oldu - FOTO

Tarix:

9-05-2017, 15:21

/ 4 186 dəfə oxundu.
Havada qəribə formalı bulud peyda oldu - FOTO

Həvəskar fotoqrafın çəkdiyi şəkil geniş müzakirələrə səbəb olub. Merceksel adlandırılan qəribə bulud məşhur"Concorde" təyyarəsinin formasını alıb.
 Hadisə İngiltərənin şimalında, Yorkşire bölgəsində qeydə alınıb.
Tomas Beresford adlı həvəskar fotoqrafın çəkdiyi bulud çox nadir hallarda meydana çıxır. Mütəxəssislər tərəfindən təbii fenomen adlandırılan bulud yadpalenetli obyektləri xatırladır.
Merceksel adlandırılan buludlar əsasən sabit hava şəraitində üzə çıxır və küləyin müəyyən bir istiqamətdə əsməsi ilə topalaşır. Bu buludların aldadıcı forması hər il çoxsaylı ufo xəbərlərinin yaranmasına səbəb olur.
Onu da qeyd edək ki , "Concorde" "British Airways" və "Air France"ın birgə istehsalıdır. Dünyanın ən sürətli təyyarəsi olan "Concorde" 2000-ci ildə Fransada 109 sərnişinin həyatını itirdiyi qəza ilə də xatırlanır. 2003-cü ildən onun istehsalına son verilib.(Publika.az)

скачать dle 12.1

Şərhlər