SON DƏQİQƏ
» » Günün qoroskopu: Köhnə tanışlarla ünsiyyətiniz yaxşı olacaq

Günün qoroskopu: Köhnə tanışlarla ünsiyyətiniz yaxşı olacaq

Tarix:

1-05-2017, 01:01

/ 4 178 dəfə oxundu.
Günün qoroskopu: Köhnə tanışlarla ünsiyyətiniz yaxşı olacaq

GUNAZ.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç
- ən müxtəlif işlər üçün uğurlu gündür. Həmfikir və müttəfiqlər tapmaq çətin deyil. Hətta ən cəsarətli ideyalarınız dəstəklənəcək.
Buğa
- yaradıcı potensialınız çox yüksəkdir və köhnə problemlərin qeyri-standart həllərini tapacaqsınız. Mənfəətli anlaşmlara nail olmaq, habelə böyük gəlir əldə etmək imkanları var.
Əkizlər
- şəxsi həyatda yaxşılığa doğru ciddi irəliləyişlər və yeniliklər istisna deyil. Qəfil hadisələr pozitiv məcradadır. Dostlarla görüş və qonaq qəbulu üçün pis gün deyil.
Xərçəng
- yeni işə başlamaq olar. Məqsədə çatmaq üçün optimal yol seçin, bütün mümkün vasitələrdən yararlanmağa çalışın. Uzun səfərlərdən imtina edin, yolda və sükan arxasında ehtiyatlı olun.
Şir
- asan və rahat gündür. Bir neçə xoş xəbər alacaqsınız. Köhnə dostlardan ismarıc istisna deyil. Bir zamanlar məhsuldar əməkdaşlıq etdiyiniz şəxslər özlərini xatırlada bilərlər.
Qız
- köhnə əlaqələri bərpa etmək olar. İşgüzar əlaqələrin yenidən gündəmə gətirilməsi çətin olacaq. Romantik münasibətlərdə əvvəlki səhvləri təkrarlamayın.
Tərəzi
- İstənilən işə həvəslə, maraqla başlasanız, tapşırığın öhdəsindən gələ bilərsiniz. Alış-veriş üçün sərfəli vaxtdır. Xərclədiyiniz pullara heyfiniz gəlməyəcək. Səfər uğurlu alınacaq.
Əqrəb
- çoxsaylı kiçik çətinliklər yaranacaq ki, onlar da sizi sinirləndirəcək, qıcıqlandıracaq. Səfər və ya ezamiyyətdən imtina edin, fiziki işləri azaldın.
Oxatan
- səhhətinizdə kiçik problemlər olacaq. Başağrısı və yuxusuzluq istisna deyil. Rasionunuza fikir verin, riskli işlərə və avantüralara qatılmayın.
Oğlaq
- uğurlu gündür. Fəal və enerjili olun. İşlərin öhdəsindən sürətlə gəlin, ideyalarınızı reallaşdırmaq və planlarınızı həyata keçirmək üçün həmfikirlər tapın.
Dolça
- yeni tanışlar sizi bəyənəcəklər. Köhnə tanışlarla ünsiyyətiniz yaxşı olacaq. Maraqlarınızı qoruyanda kimsənin xətrinə dəyməyin, pərişan etməyin. Günün ikinci yarısı o qədər də uğurlu deyil.
Balıqlar
- günün ilk yarısı işlərlə şəxsi münasibətlərdə problemlərin həlli üçün yararldır. Ünsiyyət, birgə layihələrin həyata keçirilməsi, müxtəlif görüşlərdə xeyir var.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ