SON DƏQİQƏ
» » Günün qoroskopu: Sevimli iş üçün mütləq vaxt tapın

Günün qoroskopu: Sevimli iş üçün mütləq vaxt tapın

Tarix:

29-04-2017, 00:46

/ 3 832 dəfə oxundu.
Günün qoroskopu: Sevimli iş üçün mütləq vaxt tapın

GUNAZ.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç
- işdə yarana biləcək problemləri təmkinlə, soyuqqanlıqla həll edin. Həmkarlarla münasibətlərdə səbrli və diplomatik davranın, sərt mübahisələrə başlamayın.
Buğa
- pozitiv təmayüllər güclənəcək, işlər düzələcək. Bir vaxt yardım etdiyiniz insan sizə kömək edəcək. İşgüzar münasibətlərlə yanaşı, şəxsi münasibətlərdə də irəliləyişlər olacaq.
Əkizlər
- işlərinizdə uğur vəd edən gündür. Sizə yardım edə biləcək insanların dəstəyini qazana bilərsiniz. Bədxahlar və rəqiblər aktiv olsalar da, onların çirkin intriqasını faş edin.
Xərçəng
- günün ilk yarısında aktiv olun. Yarımçıq işləri başa vurun. Süst davranmayın. Axşam saatlarında alış-veriş edin. Macəra istisna olunmur.
Şir
- ünvanınıza çox tənqid səslənəcək və onların əksəriyyəti konstruktiv olmayacaq. Münaqişə istəmirsinizsə, təmkinli davranın.
Qız
- ünsiyyət, qeyri-rəsmi təmaslar və işlə bağlı danışıqlar üçün əlverişlidir. Aldığınız məsləhətləri düşünmədən rədd etməyin: onların arasında xeyirlisi var.
Tərəzi
- xoş sürpriz, hədiyyə istisna deyil. Yaşam potensialı yüksəkdir. Axşam saatlarında açıq havada aktiv istirahəti seçin.
Əqrəb
-  rəvan və stabil olmayan gündür. İşlər gah əla olacaq, gah da problemlərlə qarşılaşacaqsınız. Emosional fondakı yerdəyişmələr sizi usandıracaq. Günün ortasında yorulduğunuzu hiss edəcəksiniz.
Oxatan
- problemli gündür. Müşkülləri ciddiləşməyə qoymayın. Qətiyyət, əzm və iradəniz, habelə praktik davranışınız mühüm işlərin öhdəsindən tezliklə gəlməyə imkan verəcək.
Oğlaq
- dəvət aldığınız tədbirə qatılın, susqun və laqeyd davranmayın. Alış-verişdə planlaşdırılmamış heç nə almayın.
Dolça
- gerçəkdən də, xoşladığınız işlə məşğul olanda əhvalınız yaxşılaşacaq. Sevimli iş üçün mütləq vaxt tapın.
Balıqlar
- müttəfiqlərə yardım göstərməyə hazır olun. Bu gün onların sizin dəstəyinizə ehtiyacı ola bilər. Səfərlər üçün uğurlu gündür.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ