SON DƏQİQƏ
» » Günün qoroskopu: Əyləncə üçün sərfəli vaxtdır

Günün qoroskopu: Əyləncə üçün sərfəli vaxtdır

Tarix:

28-04-2017, 01:09

/ 3 871 dəfə oxundu.
Günün qoroskopu: Əyləncə üçün sərfəli vaxtdır

GUNAZ.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç
- imkan və resurslarınızı olduğundan artıq saymayın. Bəyəndiyiniz, yaxud da sizdə rəğbət hissi oyadan insanları ideallaşdırmayın. Yeni münasibət və ya tanışlığı təxirə salın. İllüziyalardan nə qədər tez qurtulsanız, bir o qədər yaxşıdır.
Buğa
- gün ərzində böyük uğurlar və yaxşılığa doğru ciddi dəyişikliklər olmayacaq. Bununla belə, ağır problemlər də yaranmayacaq.
Əkizlər
- əsla tələskənliyə yol verməyin. Maliyyə məsələlərində ehtiyatlı olun. Yalnız inandığınız, etibarlı insanlarla sövdələşin, danışın, müqavilə bağlayın.
Xərçəng
- işlə bağlı tapşırıq və məşğələlərin öhdəsindən asanlıqla gəlin. Fəqət, tələsməyin: nə qədər çox iş görsəniz, bir o qədər yeni işlə bağlı tapşırıqlar alacaqsınız.
Şir
- yaxınlarınızla münasibətlərdə həssas və diqqətli olun, onların maraq və niyyətlərini öyrənməyə çalışın. Çoxdan bəri davam edən fikir ayrılıqları və qarşıdurmaları çözün. Münasibətləri sərinləşdirən məqamlar arxada qalsın.
Qız
- işlər üçün çox sərfəli gündür. Məhsuldar çalışın, vaxtınızı dürüst bölün, situasiyanın tələb etdiyi məqamları prioritetə döndərin.
Tərəzi
- uğuru çox gözləməyəcəksiniz. Sonradan sizə nəinki müttəfiq, hətta dost olacaq insanlarla əməkdaşlıq başlaya bilər. Günün ikinci yarısı həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişlidir.
Əqrəb
- şəxsi münasibətlər zəminində problemlər yarana bilər. Sizə yaxın insanlarla dil tapmaqda çətinlik çəkəcəksiniz. Yeni tanışlıqlar məsləhətli deyil.
Oxatan
- hadisələr uğurlu və əlverişli məcrada inkişaf edəcək. Çox iş görə biləcəksiniz. Enerjili, nikbin olun. Yeni tanışlıqlar formalaşdırın, nüfuzlu insanda xoş təəssürat yaradın.
Oğlaq
- aktiv istirahət, səfər, səyahət, əyləncə üçün sərfəli vaxtdır. Axşam saatlarında dostlarla görüş və ya romantik qarşılaşma ola bilər.
Dolça
- günün ilk yarısı anlaşma, sövdələşmə, razılaşma və alış-veriş üçün uğurlu gün deyil. Ciddi maliyyə itkiləri təhlükəsi var.
Balıqlar
- yaxşı gündür. Neqativ təmayüllərin təsiri minimuma enəcək. Yalnız səhər saatlarında müəyyən çətinliklər hiss edə bilərsiniz.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ