SON DƏQİQƏ

Antalyada 40 min rus gəlin var

Tarix:

3-04-2017, 15:23

/ 3 985 dəfə oxundu.
Antalyada 40 min rus gəlin var

Rusiya və Türkiyə əlaqələrinin möhkəmlənməsi hər iki ölkə vətəndaşlarının münasibətlərinin inkişafına təkan verir.
Əlaqələrin inkişafı nəticəsində vətəndaşların ünsiyyət qurmaları daha da asanlaşıb. Antalyada yüzdə 95-i qadın olmaqla 60 min rus yaşayır. 40 mini türk kişiləri ilə evlənib və bu nikahdan 80 min uşaq dünyaya gəlib. Rusiyalılar iki ölkə arasındakı əlaqələrin düzəlməsindən sonra geri dönüblər. Hazırda onlar 9 apreldə Rus dilində Olimpiadaya və Dövlət Teatrlarında rus dilində oyun sərgiləməyə hazırlaşırlar.
Antalyada 150 min insan rus dilində danışır. Rus İncəsənət və Mədəniyyət Dərnəyinin təşkil etdiyi 9 aprel tarixində keçiriləcək Rus Olimpiadasının birinci turuna 5-15 yaş arasında 500 şagirdin iştirakı gözlənilir. Olimpiadanın ikinci turunda da 15-35 yaş arasında rusca danışan türklər yarışacaqlar. Dərnək başçısı Balcı, rus dilində danışa bilən hər kəsi bura dəvət edir.
Oleq Vasilyeviç Roqoza (Rusiyanın Antalyadakı Baş Konsulu): "Antalya, rusların ürəyində xüsusi və həssas bir yerdir. Antalyaya 2.5 milyard dollarlıq daşınmaz əmlak yatırımımız var. 2014-cü ildə Türkiyəyə 4 milyon 500 min rus turist gəlib. Sonra məlum səbəbdən azalma yaşandı. 2015-ci ildə 3 milyon 800 min, 2016-cı ildə isə tam bir fəlakət: 600 min oldu rəqəmlər. Biz bu mövzuda əlimizdən gələni edirik. Bu il mövsüm əvvəli canlanma olub. Erkən rezervasyonda rus turistlər almanları geridə buraxaraq ilk sıranı aldılar. Dəniz, günəş, qum ... Antalyada hər şey var. Turist şirkətləri 3-4 milyon rus turist gözləyir. Tətilini Antalyada keçirən rusların xoşbəxtlik nisbəti yüzdə 90-dan çoxdur”. 
Mahmudскачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ