SON DƏQİQƏ

Qusarda 6 yaşlı istedad - VİDEO

Tarix:

16-03-2017, 08:55

/ 4 081 dəfə oxundu.
Qusarda 6 yaşlı istedad - VİDEO

Qusar sakini balaca Şənayın 6 yaşı var. O, rayon 1 saylı tam orta məktəbin 1-ci sinfində təhsil alır.
 Yaşıdları yalnız 2, 3 riyazi əməli həll edə bildiyi halda Şənay 35, 40 riyazi əməli bir neçə saniyəyə hesablayır.
Riyaziyyatla yanaşı coğrafi biliklərə də yiyələnib. 2 ay ərzində dünya xəritəsini öyrənib. Hazırda bütün ölkələri xəritə üzərində göstərə bilir. Eyni zamanda ingilis dilini də, mənimsəyib.
Valideynləri bildirir ki, Şənay dərslərinə cəmi 1 saat vaxt ayırır. O, dərslərini oyunlar və kiçik müsabiqələr əsasında öyrənir.
Coğrafiya, riyazi və ingilis dili biliklərini inkişaf etdirmək üçün heç bir əlavə məşğələlərə getmir. Bu işdə ona yalnız valideynləri kömək edir. Bütün bu bacarıqları ilə yanaşı Şənay milli rəqslərimizi də gözəl ifa edir.
Balaca istedad həmçinin Heydər Əliyev mərkəzində təşkil olunan bacarıqlı əllər dərnəyinin üzvüdür, eyni zamanda gimnastika ilə də məşğul olur. (ARB Şimal)

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ