SON DƏQİQƏ

Günün qoroskopu: Doğru yolu seçin

Tarix:

14-03-2017, 01:02

/ 4 724 dəfə oxundu.
Günün qoroskopu: Doğru yolu seçin

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - işlərin gedişatında mühüm dönüş və ya münasibətlərdə yeniliyə səbəb ola biləcək spontan vəziyyət yarana bilər. Sözün əsl mənasında sayıq və hazırlıqlı olun.
Buğa
- hansısa işi və ya münasibəti ağırlaşdırmayın, vəziyyətə düzgün reaksiya verərək problemləri hərəkətdə həll edin. Baş verənləri izləyin, nəticə çıxarın.
Əkizlər
- qətiyyətsiz davranmayın, iradəli olun. Məqsədləriniz ətrafdakı insanların istəkləri ilə üst-üstə düşmürsə, onların gözləntilərinə qarşı çıxırsınızsa, münaqişə və dartışmalar qaçılmazdır.
Xərçəng
- yaxın ətrafınızdakı insanlardan fərqli olaraq, soyuqqanlı və təmkinli davranmağa can atın. Yollamağa hazırlaşdığınız informasiyanı bir daha yoxlayın və kompüterin yaddaşında saxlayın.
Şir
- bu gün qətiyyətli, sərt və hətta aqressiv olun. Kiminlə nə iş görməyi müəyyənləşdirin. Perspektivləri müşahidə edin, yolunuzda peyda olan adamlara diqqətlə baxın.
Qız
- Səhər saatlarından etibarən aktiv olun. Bu günün işini sabaha qoymayın. Günün ikinci yarısında gözəl, rahat nə isə alın. Alış-verişdə simiclik etməyin.
Tərəzi
- işlərin aparılması ilə bağlı köhnə, ənənəvi üsullar artıq işlək deyil. Çox incə yeniliklər yolu keçməli olacaqsınız. Düzgün düzənə əl atın, qarşınıza konkret hədəf və məqsəd qoyun, qüvvənizi bölüşdürün.
Əqrəb
- güc və qüvvəniz artsa da, izafi emosional olsanız, işinizin effektivliyi azalacaq. Çətin qərar verməli, müxtəlif sahələrdəki maraqları birləşdirməli, başlanmış layihəyə final ştrixi vurmalı olacaqsınız.
Oxatan
- ünsiyyətdə səmimi olun. Sizi çoxdan narahat edən məsələnin üstü açıla bilər. Hadisələr də, təbii ki, sürətlənəcək.
Oğlaq
- informasiya, yeni məlumatlar, standart olmayan qərarlar tələb edən işlə məşğul olun. Səfərə çıxmayın - gözlənilməz hadisə ilə qarşılaşa bilərsiniz.
Dolça
- doğru yolu seçin, mühüm mövzunun ətrafındakı auradan gələn siqnal və işarələri anlamağa çalışın. Heç bir halda ifrata varmayın, inadkarlıq etməyin, gərginlik yaratmayın.
Balıqlar
- başınızın üstündə buludlar sıxlaşır. Şəxsi münasibətlər, iş, yaradıcılıq və oyunlar güclü təəssüratlarla yanaşı, xoşagəlməz hisslər də bəxş edə bilər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ